BQXK şəhidin nəşinin geri qaytarılmasına çalışır

2017-01-12 14:29:12 / 1677 dəfə oxunub

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş hadisə zamanı həlak olan azərbaycanlı əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin qaytarılması ilə bağlı Ermənistan tərəfi ilə dialoqu davam etdirir.

Bu barədəBQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hakimiyyət orqanları ilə danışıqları iki tərəfli və konfedensialdır.

İ. Hüseynova qeyd edib ki, Ermənistanda hadisə ilə bağlı istintaq gedir: "Buna baxmayaraq, meyit ailəyə mümkün qədər tez qaytarılmalıdır. Biz meyitin təhvil verilməsində neytral vasitəçi kimi yardımçı olmağa hazırıq”.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyiti düşmən nəzarətindəki ərazidə qalıb.

Meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.azvision.az


Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws