Opera və Balet Teatrının bədii rəhbəri işdən çıxanlarla bağlı ittihamlara cavab verib

2017-01-13 20:43:40 / 5605 dəfə oxunub

"Xalq artisti Mədinə Əliyevanın haqqımda dedikləri tamamilə yanlışdır. Mədinə Əliyeva işdən özü gedib, səbəbini bilmirəm”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Kamilla Hüseynova deyib.

 

O bildirib ki, M. Əliyevanın teatrla bağlı səsləndirdiyi ittihamlar doğru deyil: "Hazırda Opera və Balet Teatrında yaradıcılıq işləri qaydasındadır, iş yüksək səviyyədə gedir. Artistlər yaradıcılıq işlərini davam etdirir, tamaşalar hazırlanır. Deyəsən, Mədinə Əliyevanın işdən ayrılmasının səbəbi ayrıdır, amma bu mənə məlum deyil. Əgər mən onun xoşuna gəlmirəmsə, bu, onun problemidir. Teatrdan kimsə işdən gedir, kimsə onların yerinə qəbul olunur. Bu, normal yaradıcı prosesdir. Məsələn, yaşayış yerini dəyişməklə əlaqədar işdən çıxan da var, pensiyaya çıxan da var. Mən bir ildən çoxdur bədii rəhbər vəzifəsində çalışıram. O niyə indi getmək qərarına gəlib, bilmirəm. Bəlkə özü işləmək istəmir? Ona görə deyir ki, mənə iş vermirlər. Mən ona iş verirdim, amma niyə görə belə edib, anlamıram”.

 

Qeyd edək ki, xalq artisti, baletmeyster Mədinə Əliyeva APA-ya açıqlamasında Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Kamilla Hüseynovaya qarşı müxtəlif ittihamlar səsləndirib. O bildirib ki, K. Hüseynova bədii rəhbər təyin olunandan sonra 15 nəfər işdən gedib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!