Çavuşoğlu: ABŞ Astana danışıqlarında iştirak edəcək

2017-01-14 21:04:42 / 3114 dəfə oxunub

Türkiyə və Rusiya Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ-ı dəvət etmək niyyətindədirlər. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.  

 

"ABŞ Astanadakı danışıqlarda iştirak edəcək. Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik”, - deyə Çavuşoğlu qeyd edib. Onun sözlərinə  görə, bu məsələ Moskva ilə diplomatik səviyyədə müzakirə olunub.  

 

"Hazırkı mərhələdə hansı tərəflərin hansı səviyyədə Astanada təmsil olunacağı məsələsi nəzərdən keçirilir”, - deyə nazir qeyd edib.   

 

Çavuşoğlu qeyd edib ki, Suriyadakı kürd terror qruplaşmalarının (YPG, PYD) nümayəndələrinin danışıqlarda təmsil olunması yolverilməzdir: "Danışıqlarda nizamlanmaya səmərəli tövhə verə biləcək tərəflər iştirak etməlidir”.  



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws