Konsul: "Türkiyə Gürcüstana ən çox investisiya yatıran ölkədir"

2017-01-14 21:11:13 / 3364 dəfə oxunub

"Türkiyə iş adamları Gürcüstanda 4 beşulduzlu mehmanxana, 5 zavod və xəstəxana tikiblər".

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Türkiyənin Batumidəki baş konsulu Yasin Temizkan "Anadolu” agentliyinə bildirib. Baş konsulun sözlərinə görə, Acarıstanda  400 türk şirkəti fəaliyyət göstərir və bu şirkətlərdə 20 min nəfər yerli əhali çalışır.

 

Y. Təmizkan qeyd edib ki, türk iş adamları nəinki Gürcüstan paytaxtına investisiya yatırır, eyni zamanda ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirirlər.

 

Diplomat Türkiyə-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu və ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib.

 

Baş konsul Y. Təmizkan Türkiyənin Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu deyib.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws