Tramp Demokrat Partiyasının seçkidən narazı qalmasının səbəbini açıqlayıb

2017-01-15 21:36:34 / 2819 dəfə oxunub

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Demokrat Partiyasının onun prezident seçilməsindən narazı qalmasının səbəbini izah edib.

 

APA-nın TASS agentlyinə istinadən verdiyi məlumata görə, D. Tramp hesab edir ki, Demokrat Partiyasının hazırkı prezident Barak Obamanın tərəfdarlarının böyük əksəriyyətinin son prezident seçkilərdə məhz ona səs verməsindən narazı qalıb.

 

D. Tramp "Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ABŞ şirkətləri ölkə daxilində iş yerləri açdıqca seçicilərin bu dəstəyi daha da artacaq: "Avtomobil şirkətləri, o cümlədən digər şirkətlər ABŞ-da bizneslə məşğul olmaq istəyirlərsə, mütləq ABŞ-a dönərək istehsal müəssisələrini ölkəmizdə qurmalıdırlar”.

 

Qeyd edək ki, D. Tramp seçki kampaniyasında ABŞ-dakı bir sıra şirkətlərin vergi və digər xərcləri azaltmaq üçün istehsal müəssisələrini başqa ölkələrə köçürməsinə xüsusi diqqət ayırmışdı. Həmin şirkətləri sərt tənqid edən D. Tramp bildirmişdi ki, bu şirkətlər amerikalıları iş yerlərindən məhrum edir. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws