Türkiyə təyyarəsi qəzaya uğradı: 30-dan çox ölən var - Yenilənib

2017-01-16 10:16:37 / 2978 dəfə oxunub
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təyyarə "Manas” Beynəlxalq aeroportunun qalxma-enmə zolağına 1,2 kilometr qalmış yerə çırpılıb.

Təyyarə Bişkek ətrafındakı qəsəbəyə düşdüyünə görə həlak olanların çoxu burada yaşayan sakinlərdir. Qırğızıstan Hökumətinin verdiyi məlumata əsasən, təyyarə düşən ərazidə 32 fərdi ev dağılıb.

Qırğızıstanın səhiyyə naziri Talanbek Batıaliev qəza yerindədir və xilasetmə işləri davam etdirilir. O deyib ki, səkkiz nəfər ağır vəziyyətdə xəstəxanaya göndərilib, bunların altısı uşaqdır.

***


"Türk Hava Yolları”na məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb.

 Honkonqdan qalxan "Boeing 747” yük təyyarəsinin Bişkek yaxınlığında qəzaya uğraması nəticəsində 32 nəfər ölüb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı deyilir.

Təyyarə Bişkek aeroportunun yaxınlığında yerləşən evlərin üzərinə düşüb. 15 binaya ziyan dəyib. Həlak olanların bir hissəsi yerli sakinlərdir. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Hadisə yerli vaxtla 07:30-a baş verib.

Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliev və baş nazir Saranbek Canbekov hadisə yerinə gəlib. Qırğızıstanın Manas hava limanı uçuşları dayandırıb.

Hazırda xilasetmə işləri davam etdirilir. Hələ ki, qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır.

Son məlumatlara görə, Qırğızıstan prezidenti Almazbek Atambayev qəzanın araşdırılmasını tapşırıb. Dövlət başçısı həlak olanların ailələrinə və yaralılara maddi yardın göstərilməsi barədə də göstəriş verib.





Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws