Lavrov və Zərif Suriyadakı vəziyyəti müzakirə ediblər

2017-01-16 21:59:11 / 3184 dəfə oxunub

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

 

Məlumata görə, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Suriyadakı vəziyyət və Astanada keçiriləcək Suriya üzrə danışıqları müzakirə ediblər.

 

"Söhbət zamanı Suriyada və onun ətrafında cərəyan edən proseslərə toxunulub. Nazirlər Astanada keçiriləcəyi nəzərdə tutulan görüş ərəfəsində koordinasiya məsələlərinin önəmini vurğulayıblar.  Lavrov və Zərif həmçinin Rusiya-İran ikitərəfli əməkdaşlıq məsələlərinə toxunublar”, məlumat deyilir.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws