Beynəlxalq Bankın səhmləri kütləvi şəkildə satılacaq?

2017-01-17 15:04:19 / 5241 dəfə oxunub

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin birinci rübündə kapitalını artırmağı planlaşdırır. 

sabahinfo.Az Fins.az-a istinadən xəbər verir ki, emitentin əsas səhmdarı tərəfindən emitentə əlavə 600 milyon məbləğində kapitalın verilməsi nəzərdə tutulub.

Səhmlərin emissiyası bankın kapitalını artıraraq əlavə ehtiyatların yaradılmasında iştirak edəcək, lakin gəlir formalaşdırmayacaq. Emissiya hər bir səhmin nominal dəyəri 27 qəpik olmaqla, 2222222223 ədəd adi, adlı, sənədsiz səhmdən ibarət olacaq. Beləliklə, emissiyanın məcmu nominal dəyəri 600000000,21 manatdır.

Səhm buraxılışının əsas diqqət çəkən hissəsi emissiyanın kütləvi şəkildə təklif ediləcəyi ilə bağlıdır. İqtisadi ekspert Cəfər İbrahimli bildirib ki, 2015-ci ilin may ayında "Qiymətli Kağızlar Bazarı” haqqında qanuna dəyişikliklər ediləndən sonra ABB banklar arasında ilk dəfə kütləvi səhm buraxılışı həyata keçirəcək:

"Belə ki, bankın 1500-ə qədər fiziki və hüquqi şəxs olan səhmdarları ilə yanaşı, adi vətəndaşlar da bankın səhmini ala biləcəklər. Amma məsələ burasındadır ki, kütləvi səhm satışı real görünmür.

Belə ki, bankın açıqladığına görə, kapital artımı 600 milyon manatlıq zərərin qarşılanması məqsədi ilə həyata keçirilir. Ona görə də digər səhmdar və vətəndaşlar bu emissiyaya maraq göstərməyəcəklər. Gözlənilən odur ki, kapital artımının həyata keçirilməsi üçün Maliyyə Nazirliyi vəsait yönəldəcək.

Onu da deyək ki, səhm emissiyanın məqsədi devalvasiyaların emitentə mənfi təsirinin aradan qaldırılması, onun nəticəsində kredit portfelin artırılmasından irəli gələn əlavə ehtiyatların yaradılması, beynəlxalq müqavilələr üzrə digər maliyyə kovenantlarının pozulmaması və ümumiyyətlə, dövlətə məxsus bankın dəstəklənməsi və reytinqinin saxlanılmasıdır”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!