Amil Adiloğlu - Sənətdən çox qonorara üstünlük verirlər

2017-01-17 22:32:51 / 15081 dəfə oxunub

Azərbaycanın tanınmış rejissoru Amil Adiloğlu sabahinfo.az - ın suallarını cavablandırıb


 - Amil bəy, salam necəsiz? 
- Sağolun, təşəkkür edirəm, yaxşıyam. 

 - Həyatın elə məqamları var ki, insan o anlara qayıtmaq istəmir..Siz hansi günlərinizə qayitmaq istəməzdiz? 
- Uşaqlığıma qayıtmaq istəməzdim, çünki, nə vaxtsa rejissor olduğumu səbirsizliklə gözləmişəm.

 - Bəs bir rejissor olaraq öz həyatınızdan kino çəksəz, filmin adinı nə qoyardınız? 
- Belə fikrim əsla olmayıb... Belə bir drama çəkib tamaşaçıları üzmək istəmərəm heç vaxt... (gülür)

 - Bir çox filimlərdə çəkilmisiniz, çəkildiyniz filimlərdə özünüzə baxmagı sevirsinizmi? 
- Eləsi var ki, həmin obraza baxıb esəbləşmişəm.Eləsi də olub ki, sevinmişəm.Mənfi və müsbət obrazlardan söhbət gedir. 

 - İndiki aktyorların bilik və bacarıq səviyyəsi sizi qane edir?
 - Əslində etmir, sənətdən çox qonorara üstünlük verirlər. Bu da mənim ən yaralı yerimdi bu sənət aləmində.Amma, bir sevindirici hal da var ki,sənətə həvəsi olan gənclərmiz də var. 

 - Bəs özünüz cəkildiyiniz seriallarda yüksək qonorara üstünlük verməmisiz? 
- Xeyr, belə bir düşüncədə olmamışam heç vaxt. 


 - Sizcə, isdedad Allah tərəfindən verilir, ya insan özündə onu kəşf edir? 
- Belə bir söz var aktyor nəzəriyyisində: "Hər bir sənətə layiq olmaq olar ,hər bır peşəni kəşf edə bilərsən, amma, bu sənətdə olanlara sözün əsl mənasında bəndən gəlir doğulursan.

 - Kitabları sevirsiniz ? 
- Əlbətdə, mütaliyə etməyən aktyor, ya da rejıssor savadı, elmı, biliyi kitablardan alır.Kitabı sevmək, elm almaqdır, zatən hər bir oxucu üçün.

- Ən son oxuduğunuz kitab hansı olub bəs? 
- Ramiz Duyğunun "Məni döyüşə burax" kitabını oxuyuram.

 - Deyirlər, qaşqabaqlı insansinız…
 - Bunu mənə çoxları deyir, amma, insanın xarici görkəminə yox, danışdığı sözə və etdiyi hərəkətə görə qiymətini verirlər. 


 Bəs bir zamanlar efirdən getməyinizin səbəbi nə idi?
- Bir zamanlar bəzi şəxsi məsələlər üzündən.Amma, gördüyünüz kimi yenə qayıtmağı planlaşdırmışam. 

- Bir rejissor olaraq özünüzü hansı rolda görürsünüz? 
- Həmişə arzum olub ki, hərbi səlnamədə bir obraz oynayım.

 - Bu yaxinlarda yeni bir serialla tamaşacıları sevindirəcəksiniz ...bilmək olarmı bu hansı serialdı? 
 -Serial haqqında hələ heç bır açığlama verməsək....Çünki, ssenari tam hazır deyil, ona görə....

 - Sizcə, uğurlu bir işə imza atmısız? 
- Onu zaman göstərəcək...

- Azərbaycan kinosunun xilasını, inkişafını hansı cərəyanda, xəttə, estetikada görürüsüz?
 - Çox gözəl sualdı...Mən belə cavab verəcəm bu suala... - Birinci, dövlət tərəfindən və böyük şirkət sahibləri tərəfindən yüksək qanorarlar ayrılmalıdır ki, film çəkən rejissorlar, Azərbaycan kinosu və aktyoru xilas ola bilsin və olacaq da. Azərbaycan kinosu və teatrının ən acınacaqlı tərəfi də mən acıq etiraf edim ki, hal hazırda çəkilən filmlər, yalnız bayagı bir anlatmadan başqa bir şey deyil. Heçkim məndən inciməsin,çünki, Azərbaycan xalqını, onun fılm tamaşaçılarını belə gülünç filmlərlə maarifləndirmək, onları düşündürmək qeyri mümkündür..O vaxt biz xilas edə bilərik ki, bütün Azərbaycan film sektorunda olan, onun inkişafını qoruyub saxlamaq istəyiriksə yalnız və yanlız düşündürən, ınsan təxəyullunu, insan beynini formalaşdıran filmlər çəkməliyik ki ,gələcək nəsillər də bundan bəhrələnsin. 
- Gənclərin mənəviyyatını, gələcəyini düşünən hər bir kino rejissor bunu anlamalı və dərk etməlidir. 

 - Sizin rejissorluqda rəqibiniz yoxdur demişdiniz. Meydanda tək olduğunuza görə tamaşaçıların marağını cəlb edə bilirsiniz, yoxsa oxşar serial olsa, yenə eyni auditoriyanı saxlaya bilərsinizmi?
 - Mənim rəqibim yoxdur, o deməkdir ki, mən demirəm ki, məndən başqa rejissor yoxdu, sadəcə olaraq, mənim stilistikam tam fərqlidir və düşünürəm ki mən bu işimlə sübut edəcəm və bu da dediyim sözün bariz nümünəsi olacaq. Tamaşaçı kütləsinin marağını cəlb edəcək.Mənim bütün rejissorlara Azərbaycan içində böyük hörmətim var və bu belə də olacaq.Allah hamının işini xeyirli, uğurlu eləsin. 


 - Sizin çekildiyiniz obrazlarınızda üzünüzdəki məzlum ifadə sanki hansısa probleminizin olmasından xəbər verir. Həqiqətən də problemləriniz çox olur?
- Problemsiz həyat yoxdur ki...Allah da çəkə biləcəyin qədərini verir bəndəsinə...

 - Həyatı istədiyiniz kimi yasayırsınız, ya bacara bildiyiniz kimi?
 - Hər insan öz həyatını təbii ki, istədiyi kimi yaşamaq istəyər və ideal həyat tərzi keçirmək istəyər. Mən də onlardanam.

 - Aydındır


Ülviyyə Şahin
Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!