Xudayarov Qalib - Əlinlə alnıma birdə qələm çal

2017-01-18 20:31:22 / 10903 dəfə oxunub

Xudayarov Qalib Həsən oğlu 26 dekabr 1989-cu il Laçın rayonun Ağbulaq kəndində anadan olub.  Halhazırda məcburi köçkün kimi Ucar rayonunda yaşayır.



Kəndimizə qaytar məni
Ay Allah üstümə düzülməmiş sal, 
Əlinlə alnıma birdə qələm çal. 
Məni xəyalların ağuşundan al, 
Kəndimizə qaytar məni.
Boz sıldırım qayaları baş daşım, 
Fürsət vermə doğmalara yadlaşım. 
Ağbulağın hər damlası göz yaşım, 
Kəndimizə qaytar məni.
Məndə deyil, ürək orda gözləyir, 
Neçə arzu, dilək orda gözləyir. 
Əcəl adlı Mələk orda gözləyir, 
Kəndimizə qaytar məni.
Qıyma Həsənoğlu yana bu oda, 
Vətən xəstəsidir, yazıqdır o, da. 
Ya kəndimi göndər mənə, sən yada, 
Kəndimizə qaytar məni.
 
 
Varmış
Gülüşünün dəlisiyəm, 
Duruşunun dəlisiyəm. 
Baxışının dəlisiyəm, 
Qoy desinlə dəlin varmış.
ılınca səhər ölsəm, 
Vallah buna dəyər, ölsəm. 
İşdi birdən əgər ölsəm, 
Cinayətdə əlin varmış.
Qurusa gül birdə bitməz, 
Əgər sevən əli yetməz. 
Nəşim üstə izin itməz, 
Boğazımda teli varmış.
Səni gördüm
Gözlərimdən svinc yaşı, 
Süzülürdü, səni gördüm. 
Sirli ömrün düyünləri, 
Çözülürdü, səni gördüm.
Zalım qızı sənə qədər, 
Yazıq ürək çəkdi nələr. 
Yaxamdan qəm tutan əllər, 
Üzülürüdü, səni gördüm.
Həsənoğlu gəldi bahar, 
Soyuq qışın sirrin açar. 
Ardı-arda gözəl anlar, 
Düzülürdü, səni gördüm.
 
 
 
Ta bundan sonra
Əllərin ömrümə elə dağ çəkib, 
Silinməz bu dağlar ta bundan sonra. 
Ömrümün ağ yerin qaralamısan, 
Ağ deyil o, ağlar ta bundan sonra.
Daha ovudası sözlərim deyil, 
Məni ki yandıran közlərim deyil. 
İndi tək ağlayan gözlərim deyil, 
Ürəyim də ağlar ta bundan sonra.
Eşqlə, məhəbbətlə dinən könlümü, 
Qalxıb, zirvələrdən enən könlümü. 
Sınmışdı, sındırdın sınan könlümü, 
Bilmirəm kim bağlar ta bundan sonra.
 
 

SARI
Elə üzülmüşəm özüm-özümdən, 
Qayıda bilmirəm özümə sarı. 
Yollara baxıram dəli sevdalı, 
Köçübdür hər iki gözümə sarı.
Gördüyüm nə varsa kölnümü yıxdı, 
Görmək istəmirəm gözlərim toxdu. 
Vücudum titrəyir, taqətim yoxdu, 
Həsrətlə baxıram dözümə sarı.
Bu ağac gövdəmi yonub bitirdim, 
şdüyüm haləti qanıb bitirdim. 
Bir elə gül üçün yanıb bitirdim, 
Külüm sovrulurdu közümə sarı.
Həsənoğlu dərdən yazır əllərin, 
Sarı bu sevdanın sınmış tellərin. 
Elə həsrətiyəm o gül ləblərin, 
Mənəm pıçıldasın üzümə sarı.
 
 
 
Yazıbdı
Gəlirsən yuxuma mələklər kimi, 
Odlu baxışlarla baxıb gedirsən, 
Gözlərim əksini qəlbimə çəkir, 
Səhərlər yaş olub axıb gedirsən,
Mən necə sevirəm, elə sevirəm, 
Kimsə o sevgini yaşatmayıbdı, 
Mən səni görmədən təsvir edirəm, 
Rəssam elə tablo yaratmayıbdı,
Sən çalış yuxuma tez-tez gələsən, 
Gəldiyin yolları yadında saxla,
Qaranlıq otağa işıq saçırsan, 
Girəndə otağa qapını bağla,
Kimsə nur işığın görməsin diyə, 
Qaranlıq otağa sən ol sirr yazım, 
Sən mənə sevgidən söz deyə-deyə, 
Mən sənə sevgidən min şeir yazım,
Yazım sevgidən ki, görmədən birin, 
Mən elə sevirəm dünyalar qədər, 
O sevgi gör necə dərindir, dərin?! 
O sevgi yanında dünya hədərdi,
Dünyalar çox azdır, ona misal yox, 
Dünyalar nədir ki, yaranır sual, 
O sevgi vurmaqla hesaba gəlməz, 
Vallah riyaziyyatda yox belə misal,
Ancaq o sevgidən tək mən yaşadım, 
Məcnunda o eşqi yaşıya bilməz, 
O sevgi əbədi qalan sevgidi, 
Fərhadlar o yükü daşıya bilməz,
Yəqinki bu şeiri oxuyacaqsan,
Üzünü görmədən sevib yazıbdı, 
Bəlkə bu şerimə ağlayacaqsan,
O səni bir Mələk bilib yazıbdı.!
 
 
 
Bizim göydən ək
Siz olan tərəfdən günəş boylanır, 
Bizim tərəflərdə ki buluda sarı. 
Göy üzü bölünüb,ürəyim yanır, 
Bizim üstümüzdə ortadan yarı.
Sizin tərəflərdə bahar çağıdı, 
Çətir götür günəş, üzündən öpər. 
Bizim tərəf qışın kef oylağıdı.
Bulud gözlərini sıxa yaşşər.
Bir mələk bürünüb sənin əksinə, 
Sanki siz tərəfdən günəşdən baxır. 
Günəş arzularım çıxıb tərsinə, 
Bu gün buludların gözündən axır.
Gəl bəlkə dəyişək tərəflərimizi, 
Günəş bizdə olsun, bulud da sizdə 
Başqa cür bölüşək tərəflərmizi.
Ədalət istərik sadəcə bizdə.
Sən köç biz tərəfə, bulud çəkilsin, 
Mən gəlsəm bulud da mənnən gələcək. 
Bulud yağış olub, yerə tökülsün, 
Gəl o günəş qızı bizim göydə ək.
 
 
Sən
Özünü əziyyətə salma, 
Bir təhər unudarsan sən. 
Axşam dəli kimi sevib, 
Hər səhər unudursan sən.
Perik sevda məsgən salmaz,
Qaçar məndən, səndə qalmaz. 
Səndə də o səbir olmaz, 
Var əgər unudarsan sən.
Gedən deyil əgər qovsaq, 
Kirpik çalar tutmaz qaysaq. 
Ürəkdən yox, dildə ancaq, 
Hər səfər unudarsan sən.
 
 
 
Keçir
Sənə olan sevgim hesaba gəlməz, 
Bütün rəqəmləri lələkdən keçir. 
Yüz milyon sevgidən seçiləcəkdir, 
Ələyib xəlbirdən, ələkdən keçir.
Neynirəm dövləti dünya malıdı, 
O şah Süleyman da, ondan halıdı. 
Ləbindən süzülən beçə balıdı, 
Ətir saçlarına çiçəkdən keçir.
Gözəlim baxışın sən baxan yerə, 
Gərək ümid adlı xalılar sərə. 
Mən keçirən hissi gündə bir kərə, 
Heç olmazsa deyib ürəkdən keçir.
 
 
İtməz
Bircə sənsən malım, mülküm, cəlalım, 
Zalım qızı hər qadanı mən alım. 
Xəstəhalam, bir busə ver sağalım, 
Bir öpüşlə namus itməz, ar itməz.
Fərhad eşqlə dağ bağrını yardımı, 
Məcunun ondan səhralara vardımı? 
Könül dostun, ömür dostun yardımı, 
Belə gündə dost itsə də, yar itməz.
Onsuzda deyilik ayrılası biz, 
Su kimi qəlbimiz, sevgimiz təmiz. 
Ürəklərin zəhmətidir sevgimiz, 
Halallıqla qazanılmış var itməz.
 
 
DÖNDÜYÜM
Məni mürgülər aparır, 
Gəl ay başına döndüyüm. 
Çiynimdə yüz mələk durub,
Elçi daşına döndüyüm.
Sənin, sənsiz xəyalların, 
Yarama duz xəyalların, 
Yenə o buz xəyalların, 
Soyuq qışına döndüyüm.
Qışın yağır qar başına, 
Bu gnləri dar başına. 
Ehtibarsız yar başına, 
Hər gün boşuna döndüyüm.
 
 
 
(Şair Zöhrabın əziz xatirəsinə)
 
Ay ellər ağlayın, şair Zöhrabı,
Vətən həsrətinin ocağıydı o.
Fəsil dəyişdikcə coşub, daşardı, 
Sənətin söz adlı bulağıydı o.
Daşıdı qürurla, bu yüki, dərdi,
Yazdığı şeirlər ürək didərdi. 
Hər gecə Laçına gedib, gələrdi, 
Dağların ömürlük qonağıydı o.
Yadına düşdükcə o gözəl çağlar, 
Ürəyi sızlardı, gözlər ağlar. 
Görəsən bilrdi o əsir dağlar?! 
Qürbətdə vətənin dərd dağıydı o.
Həsənoğlu, ağlar gözü varıydı, 
Qılıncdan kəsərli sözü varıydı. 
Sinəsin də vətən izi varıydı, 
Dağların yazılmış varağıydı o.
 
 
Biz hələ ayrılırdıq
Payız gəldi yetişdi
Yarpaqlar təzə-təzə töklürdülər
Heç bir dənə yarpaq hələ çürüyüb
Torpağa dönməmişdi
Biz isə tələsirdik
Yolun başındaydıq
Biz hələ ayrılırdıq
Onda yayın istisi canımızda dururdu
Bir damlada yağış da torpağı öpməmişdir
Biz niyə tələsirdik
Təcürbəsiz aşiqlər
Qəfil gələn ayrılıq
Bizi hara aparır
Bəlkə bizi aparır tənhalar olan yerə
Ürəklər ki tələsmir
Tələsən yarpaqlardı. 
Insanlarda tələsir torpağa qarışmağa
Boynuna da almasa.
 
 
 
Kəndimizə qaytar məni
Ay Allah üstümə düzülməmiş sal, 
Əlinlə alnıma birdə qələm çal. 
Məni xəyalların ağuşundan al, 
Kəndimizə qaytar məni.
Boz sıldırım qayaları baş daşım, 
Fürsət vermə doğmalara yadlaşım. 
Ağbulağın hər damlası göz yaşım, 
Kəndimizə qaytar məni.
Məndə deyil, ürək orda gözləyir, 
Neçə arzu, dilək orda gözləyir. 
Əcəl adlı Mələk orda gözləyir, 
Kəndimizə qaytar məni.
Qıyma Həsənoğlu yana bu oda, 
Vətən xəstəsidir, yazıqdır o, da. 
Ya kəndimi göndər mənə, sən yada, 
Kəndimizə qaytar məni.
 
 
Ta bundan sonra
Əllərin ömrümə elə dağ çəkib, 
Silinməz bu dağlar ta bundan sonra. 
Ömrümün ağ yerin qaralamısan, 
Ağ deyil o, ağlar ta bundan sonra.
Daha ovudası sözlərim deyil, 
Məni ki yandıran közlərim deyil. 
İndi tək ağlayan gözlərim deyil, 
Ürəyim də ağlar ta bundan sonra.
Eşqlə, məhəbbətlə dinən könlümü, 
Qalxıb, zirvələrdən enən könlümü. 
Sınmışdı, sındırdın sınan könlümü, 
Bilmirəm kim bağlar ta bundan sonra.
 
 
SARI
Elə üzülmüşəm özüm-özümdən, 
Qayıda bilmirəm özümə sarı. 
Yollara baxıram dəli sevdalı, 
Köçübdür hər iki gözümə sarı.
Gördüyüm nə varsa kölnümü yıxdı, 
Görmək istəmirəm gözlərim toxdu. 
Vücudum titrəyir, taqətim yoxdu, 
Həsrətlə baxıram dözümə sarı.
Bu ağac gövdəmi yonub bitirdim, 
şdüyüm haləti qanıb bitirdim. 
Bir elə gül üçün yanıb bitirdim, 
Külüm sovrulurdu közümə sarı.
Həsənoğlu dərdən yazır əllərin, 
Sarı bu sevdanın sınmış tellərin. 
Elə həsrətiyəm o gül ləblərin, 
Mənəm pıçıldasın üzümə sarı.
 
 
Yazıbdı
Gəlirsən yuxuma mələklər kimi, 
Odlu baxışlarla baxıb gedirsən, 
Gözlərim əksini qəlbimə çəkir, 
Səhərlər yaş olub axıb gedirsən,
Mən necə sevirəm, elə sevirəm, 
Kimsə o sevgini yaşatmayıbdı, 
Mən səni görmədən təsvir edirəm, 
Rəssam elə tablo yaratmayıbdı,
Sən çalış yuxuma tez-tez gələsən, 
Gəldiyin yolları yadında saxla,
Qaranlıq otağa işıq saçırsan, 
Girəndə otağa qapını bağla,
Kimsə nur işığın görməsin diyə, 
Qaranlıq otağa sən ol sirr yazım, 
Sən mənə sevgidən söz deyə-deyə, 
Mən sənə sevgidən min şeir yazım,
Yazım sevgidən ki, görmədən birin, 
Mən elə sevirəm dünyalar qədər, 
O sevgi gör necə dərindir, dərin?! 
O sevgi yanında dünya hədərdi,
Dünyalar çox azdır, ona misal yox, 
Dünyalar nədir ki, yaranır sual, 
O sevgi vurmaqla hesaba gəlməz, 
Vallah riyaziyyatda yox belə misal,
Ancaq o sevgidən tək mən yaşadım, 
Məcnunda o eşqi yaşıya bilməz, 
O sevgi əbədi qalan sevgidi, 
Fərhadlar o yükü daşıya bilməz,
Yəqinki bu şeiri oxuyacaqsan,
Üzünü görmədən sevib yazıbdı, 

Bəlkə bu şerimə ağlayacaqsan
O səni bir Mələk bilib yazıbdı.!

 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!