"Bank of Baku"dan "Beynəlxalq Banka" daha bir transfer

2017-01-18 22:12:33 / 7640 dəfə oxunub

"Bank of Baku" ASC-nin İdarə heyəti sədrinin müavini, idarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Zaur Qaraisayev bu gün bankdakı vəzifəsini tərk edib.

Sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə bankdan məlumat verilib.

Məlumata görə, Z.Qaraisayev Beynəlxalq Bankın törəmə şirkəti "ABB-Moskva" bankının Müşahidə Şurasının sədri təyin olunub. Bu məlumat "ABB-Moskva" tərəfindən hələlik təsdiq edilməyib.

O bu vəzifədə Elmir Həbibullayevi əvəz edib.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!