Bakı məktəblisi erməni həmyaşıdına 10:0 qalib gəlib

2017-01-18 13:23:16 / 3913 dəfə oxunub

Bakının 167 nömrəli tam orta məktəbin III sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində karate idman növü üzrə keçirilən dünya çempionatında I yerin sahibi olub. Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, Rahim İsmayılov erməni idmançısını 10:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, R. İsmayılov dəfələrlə beynəlxalq yarışlarda iştirak edərək parlaq uğurlar qazanıb, Azərbaycanı layiqincə təmsil edib. O, karate idman növü üzrə Ukraynada keçirilmiş VIII dünya kubokunda I, İranda təşkil olunmuş dünya çempionatında III yerə layiq görülüb. Türkiyədə keçirilmiş VII dünya kubokunda isə 25 kq çəki dərəcəsində III yeri tutub.

 

R. İsmayılov ölkə səviyyəli yarışlarda da bir sıra ciddi nailiyyətlər əldə edib. İsmayıllıda keçirilən Azərbaycan çempionatında II, Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş klublararası Respublika turnirində isə I yerə layiq görülüb.

 

R. İsmayılov 2014-cü ildən "Əlincə” İdman Klubunda məşqçi Elşən Xamoyevin qrupunda şotokan karate idman növü ilə məşğul olur

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!