“Mançester Yunayted”dən Qrizmanna REKORD TƏKLİF

2017-01-18 17:38:34 / 4196 dəfə oxunub

"Mançester Yunayted” "Atletiko”nun hücumçusu Antuan Qrizmanndan əl çəkmir. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, "mankunianlar” fransalı forvard üçün növbəti təklifə hazırlaşırlar.

 

Belə ki, ötən yay Fransa millisinin digər üzvü Pol Poqbanı 105 milyon avroya transfer edən "qırmızı şeytanlar” Qrizmann üçün 100 milyon avro ayırıblar. Bu, maliyyə cəhətdən sıxıntı çəkən "Atletiko” üçün də göydəndüşmə olar. Bu səbəbdən madridlilərin təklifi qəbul etmələri gözlənilir.

 

Qrizmannın "Mançester Yunayted”ə keçidi baş tutarsa, "Atletiko” hücum xəttindəki boşluğu "Çelsi”də baş məşqçi Antino Konte ilə mübahisə etdiyi üçün heyətdən uzaqlaşdırılan Dieqo Kosta ilə dolduracaq.

 

Qeyd edək ki, Antuan Qrizmann "Atletiko”ya 2014-cü ildə "Real Sosyedad”dan keçib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!