Türkiyədə polis idarəsi və AKP-nin binasını atəşə tutan terrorçu məhv edilib

2017-01-22 22:05:11 / 2234 dəfə oxunub

Yanvarın 20-də İstanbul Polis İdarəsi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutan terrorçu məhv edilib.

 

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, DHKP/C terror təşkilatının üzvü olan Bilgehan Karpat xüsusi əməliyyat nəticəsində Təkirdağda öldürülüb.

 

Məlumata görə, terrorçu saxlanılan zaman müqavimət göstərib və atışma zamanı məhv edilib. B. Karpat Türkiyə Daxili İşlər Nazirliyinin təhlükəli terrorçular siyahısında yer alıb və başına 300 min lirə mükafat qoyulub.

 

Xatırladaq ki, bu gün polis İdarəsi və Ədalət və İnkişaf Partiyasının İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutmaqda şübhəli bilinən DHKP/C terror təşkilatının digər üzvü  Şerif Turunc saxlanılıb.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws