ABŞ Trans-Sakit Okean Tərəfdaşlığından çıxdı - Trampın fərmanı

2017-01-23 22:15:38 / 1954 dəfə oxunub

ABŞ prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair fərman imzalayıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ötən il 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Tərəfdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tuturdu.

 

Saziş həmçinin Asiya və Sakit Okean regionunda müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu. Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.

 

Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi  Sakit okean ölkələrinin payına düşür.

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws