Eltun Mehdioğlu - Xoşbəxtliyin yolun tapaq

2017-01-24 20:52:19 / 5734 dəfə oxunub
Babayev Eltun Mehdi oğlu ( Eltun Mehdioğlu ) 8 iyul 1993- cü ildə Ulu Borçalı mahalında dünyaya göz açıb, hal hazırda doğulduğu mahalda yaşayır. Uşaqlıqdan Borçalıda sazın sözün əhatəsində böyüyüb



SEVGİDƏN EV Sevgimizlə bir ev quraq, Mən səni, sən də məni sev. Xoşbəxtliyin yolun tapaq, Sevgimiz olsun bizə ev. Gəl birlikdə xoşbəxt olaq. Bir döyünsün ürəyimiz, Vüsal ömürdə dad olsun. Bir olsun eşq mələyimiz, Qəm-kədər bizə yad olsun. Gəl birlikdə xoşbəxt olaq. Bir ömürlük, yanımda ol. Ömrüm deyim, canım deyim. Sən mənə Bəyim deyəndə, Mən də sənə Xanım deyim. Gəl birlikdə xoşbəxt olaq. Xoş keçsin hər zamanımız, Məhəbbətdən güc alarıq. Ağardarıq saçımızı Bir kümədə qocalarıq! Gəl birlikdə xoşbəxt olaq. ARXAMCA AĞLAYAN GÖZLƏR YAZIQDI İlahi ömrümə qıyma yazığam, Məni bu dünyadan cavan aparma. Qoyma arzularım ürəkdə qala, Biraz ayaq saxla dayan, aparma.. Talehim sevincə yol açmayıb ki, Hisslərim ürəkdə dil açmayıb ki, Hələ arzularım gül açmayıb ki, Nə olar ver möhnət, aman! aparma. Yaza bilmədiyim sözlər yazıqdı, Vaxtsızkən solmasın üzlər, yazıqdı, Arxamca ağlayan gözlər yazıqdı, Batırma gözlərə tikan, aparma. Hələ qılınmamış namazım qalıb Hələ çox nəzirim-niyazım qalıb, Axı gözlərimdə murazım qalıb, Bəxş elə qəlbimə iman, aparma. NƏ MƏNİ XATIRLA, NƏ MƏNDƏN DANIŞ. Elə alışarsan, elə yanarsan, Zülmət gecələrdə gəzərsən məni. Gözlərin yol çəkər yaşarar, hər gün Qara gözlərindən süzərsən məni. Buda bir qismətdir, taledir, barış, Nə məni xatırla, nə məndən danış, Get axtar özünə təzə dost- tanış, Beləcə qəlbində əzərsən məni. Sən ayrı ocaqda, mən ayrı evdə, Yoxsa darmı gəlir getdiyin ev də? Ərinə sadiq ol, ərini sev də.. Gedəndə bilmirdin üzərsən məni?! NİŞAN ÜZÜYÜ Mən harda qalıram, kimlə qalıram, Soruşma halımı dost-tanışımdan! Mənim öz həyatım, sənin öz evin, Daha bu sevdanı çıxar başından. Daha, xəyalıma belə gəlmirsən, Gözümdə bir damla yaş idin, getdin. "Qızlar köçəridi Ata evindən", Səndə bir köçəri quş idin, getdin. Mənim də sevdiyim,bir gözəl qız var, Dünən Eçilikdi, "bəli" alıblar. Arada acılıq olmasın deyə, Çay gəlib, içinə qənd də salıblar. Hələ qız Anası soruşub: "Quda, deyin gətirirsiz haçan üzüyü?" Elçilər cavabın sevincək verib, "Bizdə də hazırdı Nişan üzüyü." Sənin də ərin var, sən də evlisən, Gör indi doğumu etdiyin xata? Birdə dost-tanışdan soruşma məni! Gəlib sevdiyimin qulağına çatar... GƏL YUXUDA GÖRÜŞƏK Qoydun ürəyimdə iz, Qovuşmadıq daha biz, Gizli qalsın sevgimiz, Gəl, yuxuda görüşək. Bax mənə həlim, biraz, Danışım-gülüm biraz, Səninçün ölüm biraz, Gəl, yuxuda görüşək. Həsrətin evin yıxım, Gəlim yanından çıxım, Səni ürəyimə sıxım, Gəl, yuxuda görüşək. Ömrüm buzlu qış kimi, Göz yaşım yağış kimi, Köhnə bir tanış kimi, Gəl, yuxuda görüşək.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!