Sevinc Məmmədova - ÇƏK MƏNİM ŞƏKLİMİ, ÜRƏYİNƏ ÇƏK...

2017-01-24 20:56:52 / 6026 dəfə oxunub

ÇƏK MƏNİM ŞƏKLİMİ, ÜRƏYİNƏ ÇƏK...

Sən mənim şəklimi ürəyinə çək,
Bəlkə uzaq ola qəm, ürəyindən...
Gəzdir sinən altda, gəzdir tütyətək
Qoy səni qorusun dumandan, çəndən…
 
Sən mənim şəklimi ürəyinə çək,
Sevən ürəyinə lap yaxın olum,
Sən orda boş yerə kədərlənəndə,
Mən burda bulud tək boşalım, dolum...
 
Qoruyum ağrıdan, acıdan səni,
Üzünü, gözünü kədər almasın,
Sən mənim şəklimi ürəyinə çək,
O sevən ürəyin gücdən qalmasın...
 
Çək mənim şəklimi, ürəyinə çək,
Bəlkə ürəyinin həsrəti bitər...
Sənə sirri pünhan, sehri bitməyən,
Bir nağıl söyləsin səhərə qədər...

27.11.2016




 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!