Əzizağa QULİYEV - Tarix dərsi

2017-01-24 23:44:55 / 7848 dəfə oxunub
Orta məktəb illərmiz demək olar ki, Qarabağ müharibəsinin qızğın döyüşləri gedən vaxtına düşdü.Günahsız insanların hansısa "siyasi qüvvələrin” oyunları nətiçəsində öz doğma yurd yuvalarından məcburi şəkildə köçrülməsi və onların digər rayonlarda tibb məntəqələrində, yolların kənarında, şəxsi həyətlərdə, dağılmış kolxoz binalarında, məktəblərdə yerləşdirlməsi hələ də gözlərimin qarşısındadır. Qış fəslində çox çətinliklə evlərini isdə bilməmələri, yayın istisində Muğan zonasında özlərinə yer tapa bilməmələri adamın yadına düşəndə, göz önünə gələndə belə ürəyini parçalayır. Beş –altıncı sinifdə oxuyanda bunları o dərəcədə hiss etmirdik.Yaşa dolduqca, böyüdükcə isə hər şeyi insan başa düşür. O gözləri ilə şahidlik etdiyi o zaman hadisələrinə görə az qalır ki, özünü o yaşında günahkar bilsin. Axı bir xalqı əslərdir ki, bu qədər əzab əziyyətlərə məcbur və məhkum etmək hansı qanunlar ya prinsiplər əsasında formalaşmışdır.
Tarix otağımızla üzbəüz bir məcbüri köçkün ailəsi, ər-arvad və üç uşaq kiçik bir otaq və karidoru olan sahədə yerləşmişdi. Onlar bunu istəməyərəkdən, öz səkkiz otaqlı iki mərtəbəli, qırx sotdan artıq bağı və həyəti olan bir evdən məcbüri çıxarılmışdılar. Onlara burda yaşamaq heç də xoş deyildi. Bunu ən azından bizmlə həmyaşıd olan Sevincin gözlərinə baxan zaman hiss edirik. Tale onları necə çaşdırmışdısa, onun biz həmyaşıdları ilə bir sinifdə təhsilini davam etdirmək nə onun nə də valdeynlərinin də yadına belə düşürdü. İşsiz və pulsuz olan valdeyləri bircə düşündürən uşaqları BMT –nın humanitar yardımı vaxtında verəcəyi halda onları qida ilə təmin etmək idi.
Tarix otağı ilə üzbəüz yaşayan bu ailənin hümanitar yardım verilən zaman ailə paketinin içindən çıxan, mənşəyi bilinməyən yağla paketində United States yazılan unla içində kartofu olmayan peraşki iyisi o zaman beşinci-altıncı saatlarda keçrilən tarix dərsi zamanı adamın fikirni yayıdırdı. Mədəsi boş, qarnı ac, səhər bir stakan şirin çayla məktəbə gələn şagird Azərbaycan qədim dövləti olan Ateropatenanın tarixini necə dərindən öyrənə bilərdi. Təkcə mənim yox, mənim kimi qızlı oğlanlı sinif yoldaşlarmızn da fikiri o peraşkilərin yanında olurdu. Fikri peraşki yanında olan biz şagirdlər elədə çox deyildik. Cəmi 26 nəfər idik. Mənim xəyalım o iyin arxasınca düz peraşki bişən tavanın yanına kimi gedirdi. Çünki dərsə getməmişdən əvvəl idman dərsində futbol oynayıb susayanda, o evin xanımı mənə kauçuk qabla bir təmiz kanal suyu vermişdi. Məndə o ümüdlə fikirləşirdim ki, dərs saatından sonra ola bilsin ki, peraşki payımıda verəcək. Məncə dərs müddətində bunu mənim kimi sinif oğlanları, hamı fikirləşirdi, çünki onlarda mənlə bərabər o evdən su içmişdilər.
Birdən gözlərim parta yoldaşımın qolundakı saata sataşdı. Dərsin bitməsinə artıq dörd dəqə qalırdı. Mən isə xəyallarımdan ayrılıb dörd dəqənin sona catmasını səbsizliklə gözləyirdim. Bu zaman qulağıma tarix müəliminin Atropatenanın qonşu dövlətlərlə münasibətləri barədə dediyi bir neçə kəlmə silkələdi. Artıq dərsin nədən, hansı mövzu barəsində getdiyi mənə tanış gəldi. Qədim bir Azərbaycan dövlətinin qonşu dövlətlərlə münasibətləri. Doğurdanda tarix boyu bu coğrafi ərazidə mövcud olan tayfa, qəbilə birlikləri sonradan dövlət şəklində mövcud oldu. İndiki zamanda bizə qarşı ərazi iddiaları ilə çıxış edən bəzi qonşu xalqlar görəsən niyə öz tarixi yerlərini hələ də dərk edə bilmir, yada əksinə "yəni bunlarda sivlizasiya elə yüksək həddə çatmışdır ki, bunlar öz əzəli xarakterlərini itirmişlər?!" ( Lebon Qustav )
Hansısa bir xalq zaman səhnəsində daima alətə çevriləcəksə, o xalqın yaşamasından yaşamaması yaxşıdır.
Artıq tənəfüüs zəngi eşidildi. Nədənsə heç bir şagird yerindən belə tərpənmədi. Bəlkədə onları o iy məst etmişdi, ya da ki mövzu şagirdləri özünə calalaya bilmişdi. Son eşidilən isə muəlimin yarımçıq saxladığı bir fikir oldu ”Bu tarixi bilmək lazımdır amma...”
Indi Sizlər diqqətlə baxın dövlətləri, xalqları əldə saxlayıb, onu öz ambitsialarına uyğun idarə etmək üçün dünya siyasi qüvvələri hələ mənşəyi bilinməyən o yağların içində çox xəmirlər bişirəcəklər, o vaxta ki dövlət millətinə lazimi dəyəri verə bilənə qədər.
Sovetlərin neçə illər idi ki, can verdiyini hiss edən yaşlı nəsilin aparıcı numayendələri bizə onun necə can verdiyindən ağız dolusu danışır, bu xəstəlikdən onun əziyyət çəkməsinə kədərlənir, hətta heyfslənirdilər. Amma bu heyfslənmə təkcə onunla yoxa çıxırdı ki, bir necə il əvvəl baş verən "20 yanvar ”-qanlı qırğını bu xalqın azadlıq hissinin məhv olmadığını bir daha Dünya Siyasi Güclərinə göstərmiş olmuşdu. Altı il əvvəl o qanlı qırğının televiziya vasidəsilə efirə gedən kadırlarına nənə babalarmız biz uşaq olduğmuz üçün baxmağa icazə vermirdilər. Çünki ürəyi zəif olan insanların və uşaqların bu cür kadrları izləməsi məsləhət görülmürdü.
Təkcə 20 yanvar hadisələri yox, ardınca "Xocalı faciəsi” həmin senarinin davamı idi. Həmçinin Qarabağ torpaqlarında azərbaycanlılara qarşı edilən vəhşiliklər.
P.S. Bax beləcə böyük bir xalqın tarixini biz bu gün peraşki gözləyə-gözləyə, özüdə hansı mövzunu " ... . qonşularla münasibətləri ” kimi bir mövzunu gözləyə gözləyə keçdik.
Zəngdən sonra otaqdan ilk çıxan qapıya yaxın partada oturan sinif yoldaşlarım oldu. Onun ardınca digərləri otağı tərk edirdilər. Mən isə hələ də sinifdə, divarda asılan dünyanın siyasi xəritəsində Atropatena adlı bir dövlətin coğrafi ərazisini gəzən kimi, gözümü ona zilləmişdim. Arxadan isə tarix muəliminin bayaqdan odlu alovlu tarixmizdən danışması, ağzındakı odun alovun yavaş-yavaş sönərək, son isintilərini boynumun arxasında hiss etməkdə idim. Məndə iri addımlarla otaqdan çıxıdm. Sinif yoldaşlarımın sinif otağının qarşısında hələdə elə bil ki, peraşki gözlədiklərini hiss etdim...
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!