Suriya müxalifətinin milli koalisiyası Lavrovla görüşməkdən imtina edib

2017-01-26 23:04:43 / 2287 dəfə oxunub

Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) müxalifətçilərin yanvarın 27-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçiriləcək görüşündə iştirak etməyəcək.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə SMİQMK-nın yaydığı məlumatda bildirilir.

 

Lavrovun Suriya daxilində və xaricdə fəaliyyət göstərən müxalifətçilərdən ibarət nümayəndə heyəti ilə görüşəcəyi gözlənilir. Qeyd olunan SMİQMK Suriya hüdudlarından kənarda fəaliyyət göstərir.   

 

Görüşdən imtinanın səbəbi açıqlanmır.  

 

Məlumata görə, Moskva görüşünə 25 müxalifətçi dəvət olunub. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws