"İndiki muğənniləri özümə rəqib görmürəm" - MÜSAHİBƏ

2017-01-27 16:56:22 / 6360 dəfə oxunub

Gənc və istedadlı müqənni DƏNİZ ANAR SABAHİNFO.AZ saytına müsahibə verib. Müğənni müsahibəsində yaradıcılığından və gələcək planlarından danışıb. Şou əhlində özünə rəqib görmədiyini deyən gənc müğənni yaxın vaxtlarda pərəstişkarlarını sevindirəcəyini deyib.

-Dəniz xanım ilk öncə özünüz haqqınızda oxucularımıza məlumat verərdiniz. Dənim Anar kimdir?

- Dəniz Anar hər şeydən əvvəl sadə səmimi bir insan. Ziyalı bir ailənin nümayəndəsi və ziyalı bir xanım.

-Necə oldu bu sənətə gəldiniz?

-Deyim ki, bu sənətə məni Zeynəb Xanlarovaya olan məhəbbətim, onun sənətinə olan vurğunluğum gətirib. Səmimiyyətimə inanin. O vaxtlar bilirsiniz indiki kimi kanallar çox deyildi. Hər həftənin bazar günlərini gözləyirdim ki, Zeynəb xanımın konserti olacaq baxacam və o necə səhnədə hərəkət edirdisə onu edirdim. Sənətə olan sevgim o gədər güclü idiki hər şeydə bununla ba$ladi

-İndi bu sənətdə olanların bir çoxu şou xatirinə hər şey edirlər. Ümumiyyətlə bu aləmə baxışlarınızı bilmək istərdik

-Bilirsiniz onları namıram. Hərə bir yolla gündəmə gəlmək və ya gündəmdə qalmaq istəyir. Sadəcə biraz sənət üçūndə nəsə etsəydilər yaxsı olardı. Sənət ŞOU-dan ibarət deyil. Repertuarımda , xalq mahnılarımız, klassik bəstəkarlarlarımızın mahnıları yer tutur.

Yaradıcılığıma biraz ara vermişdim. Məlum məsələdir el şənlikləri başımı qatıb. Amma artıq başlamışam.

-Bizdə olan məlumata görə yaxın vaxtlard diskiniz işıq üzü gpörəcək. Bu barədə danışardınız. Adını nə düşünürsünüz? Hansı mahnılar orda yer alacaq?

-Bəli inşallah dediyim kimi, repertuarımda yalniz xalq mahnilari bəstəkar mahnilari yer alacaq. Yeni mahnim yoxdu. Nədənsə indiki mahnılar məni qane etmir.

-Hansı bəstəkarlarla çalışmaq istərdiniz?

-Sevdiyim bəstəkarlar Faiq Succəddinov, Aygün Səmədzadə, Nailə Mirmməmmədlidir. Nailə xanimla callışmaq istərdim.

-Heç müraciət etmisiniz??

-Nailə xanimla bir-iki mahnımız var idi. Sadəcə sənətə ara verdim deyə qaldi

-Özünüzə rəqib görürsünüzmü?

-Bu biraz çətin sual oldu. Əminliklə deyim təbii ki, sənətkarlarımızdan dönə-dönə üzr istəyirəm. İndiki muğənniləri özümə rəqib görmürəm.

-Hər insanın istər sənətdə istərsə də həyatda planları olur. Sizin bu sənətlə bağlı planlarınız nədir?

-Sənətimlə bağlı çox böyük planlarım var. İnşallah ayxın gələcəkdə görəcəksiniz.

Adil



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws