Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri”nə müraciətlərin sayı azalıb

2017-02-02 10:42:04 / 4704 dəfə oxunub

Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - "Çağrı mərkəzləri”nə müraciətlərin sayı əvvəlki dekabr ayı ilə müqayisədə 33,8% azalaraq 15 279-a düşüb.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, həmin müraciətlərin isə 96,5%-i (14 743 müraciət) vətəndaşların aidiyyəti sahələrə dair sorğularından ibarət olub. Bu sorğuların hər biri ilə əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən vətəndaşların dolğun şəkildə cavablandırılması, hüquqi məlumatlandırılması təmin olunub. Qalan 536 müraciət isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılaraq nəticələrinə uyğun tədbirlər görülüb. 

 

Yanvar ayında 142 və 190 - "Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 32,7%-i sosial təminat, 5,7%-i əmək qanunvericiliyi, 8,1%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələlərinə aid olub. Həmçinin müraciətlərin 4,6%-də məşğulluğun təminatı, 3,1%-də fərdi uçotun təşkili, 13,2%-də pensiya və müavinətlər, 9,4%-də məcburi dövlət sosial sığortası məsələləri əksini tapıb. Əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən faydalanmağa böyük ictimai marağın daha bir göstəricisi kimi, 142 və 190 - "Çağrı mərkəzləri”nə müraciətlərin 16,1%-ni həmin e-xidmətlərdən istifadə ilə bağlı müraciətlər təşkil edib.

 

Ötən ay müraciətlərin 7,1%-də avtomatlaşdırılmış pensiya təyinatı məsələləri əksini tapıb. Bu sahə ilə bağlı əvvəlki dekabr ayına nisbətən 8% çox müraciət daxil olub. Yanvar ayı ərzində "Çağrı mərkəzləri” vasitəsi ilə 126 avtomatlaşdırılmış pensiya təyinatı aparılıb ki, bu da dekabr ayı ilə müqayisədə 23,5% çoxdur. 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!