Ərdoğan yeni konstitusiyanın əhəmiyyətindən danışdı

2017-02-02 22:38:12 / 4590 dəfə oxunub

Türkiyə konstitusiyasına dəyişikliklər icra hakimiyyətinə daha operativ qərarlar qəbul etməyə imkan verəcək. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada Almaniya kansleri Angela Merkel ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

"Yeni konstitusiya icra hakimiyyətinə daha operativ fəaliyyət göstərməyə imkan yaradacaq, qanunverici hakimiyyətə operativ qərarlar qəbul etmək üçün yol açacaq və məhkəmə hakimiyyətini möhkəmləndirəcək. Parlament referendumun keçirilməsinə dair qərar qəbul edib. Yekun qərarı xalq verəcək. Düşünürəm, referendum apreldə keçiriləcək”, - deyə Ərdoğan qeyd edib.  

 

Merkel,  öz növbəsində, ATƏT müşahidəçilərinin keçiriləcək referendumda iştirak etməsinin vacibliyini qeyd edərək, yeni siyasi sistemdə hakimiyyət bölgüsünün qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.   

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!