ABŞ müdafiə nazirindən İrana sərt ittiham

2017-02-04 09:17:24 / 4478 dəfə oxunub

İran dünyada terrorizmin əsas sponsorudur.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis bəyan edib.

 

"İran probleminə gəldikdə, bu ölkə dünyada terrorizmin əsas sponsorudur”, deyə C.Mattis bildirib.

 

Yaponiyada səfərdə olan Ceyms Mattis bu ölkənin müdafiə naziri Tomomi İnada ilə görüşüb.

 

Yanvarın 21-də ABŞ prezidenti Donald Trampın fərmanı ilə müdafiə naziri postuna təyin edilən 66 yaşlı general C.Mattis 1991-ci ildə Fars körfəzində, daha sonra Əfqanıstanda, 2003-cü ildə isə İraqda əməliyyatlarda diviziyaya komandanlıq edib. Onun son xidmət yeri ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı olub.

 

Qeyd edək ki, fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyaların tətbiqi İranın ballistik raket proqramı və "Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlıdır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!