Beynəlxalq Bankda yeni təyinatlar

2017-02-13 12:01:39 / 4563 dəfə oxunub

Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni təyinatlar olub. 

Oxu.Az-a bankdan verilən məlumata görə, Şölə Əkbərova bankın İnsan resursları departamentinin direktoru vəzifəsinə təyin edilib.

Murad Qurbanov isə bankın Təhlükəsizlik departamentinin direktor müavini – bankın İnformasiya təhlükəsizliyi inzibatçısı vəzifəsinə təyin edilib.

İnformasiya təhlükəsizliyi sahəsində peşəkar bacarıqlara malik M.Qurbanov yeni vəzifəsində ABB-da bank əməliyyatlarının təhlükəsizliyinin daha da gücləndirilməsi, bu sahənin inkişaf etdirilməsi missiyasını yerinə yetirəcək.

Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankında maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri intensiv şəkildə davam etdirilir.

Xalid Əhədovun rəhbərlik etdiyi bankın yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş digər vəzifələri yerinə yetirməkdir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!