"Neftçi"nin bəyənmədiyi futbolçu Xorvatiya klubuna keçdi

2017-02-14 14:12:28 / 3372 dəfə oxunub

"Neftçi"yə lazım olmayan və noyabrda komandadan göndərilən Dario Melnyakın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.

Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçinin transfer hüququna sahib olan Belçikanın "Lokeren" klubu onu yenidən icarəyə verib.

Melnyak mövsümün sonuna kimi ölkəsində çıxış edəcək. Belə ki, Xorvatiya təmsilçisi "Slaven Belupo" 25 yaşlı futbolçunu icarəyə götürüb.
 
"Slaven Belupo" Melnyak üçün yad komanda deyil. Sol cinah müdafiəçisi 2013-2015-ci illər ərzində məhz bu klubun formasını geyinib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!