Kitab bağışlama günü qeyd olunub

2017-02-14 19:14:44 / 6125 dəfə oxunub
14 fevral 2017-ci il tarixində İsmayıllı MKS-də Kitab bağışlama gününə həsr olunmuş toplantı keçirilib. Tədbiri İsmayıllı MKS-nin Abonement şöbəsinin müdiri Turanə Əzizova açaraq tədbir iştirakçılarını salamlayıb.

Kitabların həyatımızdakı rolundan danışıb. 14 fevral kitab bağışlama günü ilə əlaqədar rayonun tanınmış ziyalıları Şahməmməd Dağlaroğlu və Oqtay İsmayıllı da öz çıxışlarında kitabın əsas bilik mənbəyi olduğunu vurğulamış və bu kimi tədbirlərin keçirilərək, gələcəyimizi təşkil edən gənclərin kitaba olan münasibətini formalaşdırdığını bildiriblər. Daha sonra çıxış edənlərdən şairə Xatın Məmmədova, İsmayıllı Regional Bilik evinin rəhbəri Sevinc Novruzova, İsmayıllı YAP Gənclər Birliyinin sədri Şəhla Qafarova, Niyal hazırlıq kurslarının əməkdaşı Loğman Mayılov, gənc yazar Elnarə Günəş də öz çıxışlarında bu kimi tədbirlərin keçirilməsinin olduqca səmərəli olduğunu vurğulayıblar. Ümumi çıxışlardan məlum olub ki, kitabla bağlı maarifləndirici tədbirlərin vaxtaşırı keçirilməsi, yazıçı və şairlərin gənclərlə vaxtaşırı görüşlərinin keçirilməsi təqdirəlayiqdir. Sonda dəvət olunmuş yazarlar öz kitablarından bir neçəsini İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminə hədiyyə ediblər.

Elnarə Günəş,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!