Dövlət əmlakının özəlləşdirilməsi 300 mindən artıq iş yerini açmağa imkan verib

2017-02-15 12:37:31 / 4227 dəfə oxunub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün "Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar" mövzusunda İşgüzar Forum keçirilib.

 

Sabahinfo.az-ın məlumatına görə, Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyalann Təşviqi Fondunun nümayəndələri, habelə, ölkənin ən iri və nüfuzlu holdinq, assosiasiya, bank, şirkətlər qrupu və ittifaqlarını təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçi və iş adamları iştirak ediblər.

Forumun əsas məqsədi ölkədə fəaliyyət göstərən sahibkarıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyalann tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaq olub. Həmçinin, ölkədəki əlverişli investisiya mühitindən yararlanaraq, sahibkarların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılması olub.

 

İşgüzar forum özəlləşdirmə prosesini əhatə edən qısa filmin nümayişi ilə başlayıb. Filmdə dövlət əmlakının özəlləşdirilməsi prosesinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə start verilməsi, bu günədək eldə olunmuş nailiyyətlər, özəlləşdirildikdən sonra uğurla fəaliyyət göstərən çoxsaylı istehsal müəssisələrindən videogörüntülər, ölkə başçısı İlham Əliyevin özəlləşdirmənin sürətləndirilməsi ilə bağlı son dövrlərdə imzaladığı fərman vı sərəncamların icrası ilə əlaqədar görülən işləri əhatə edən kadrlar, əhalinin hərrac və müsabiqələrdə sərbəst iştirakını əks etdirən materiallar, sahibkarlar üçün maraq kəsb edən digər məlumatlar yer alıb.

 

Forumda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda dövlət əmlakının geniş şəkildə özəlləşdirilməsi prosesinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlanılıb və ötən dövr ərzində bu sahədə bir çox uğur və nailiyyətlər əldə olunub.

 

O qeyd edib ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox şəxs səhm sahibi olub, ümumilikdə 1,2 milyondan artıq vətəndaş bu və ya digər formada özəlləşdirmədən faydalanıb: "ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlyandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak ediblər".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!