Maliyyə Palatası qərar qəbul etdi: “Bank VTB”-nin altı filialı bağlandı

2017-02-16 11:46:56 / 4106 dəfə oxunub

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən, "Bank VTB (Azərbaycan)" ASC-nin 6 filialının lisenziyası ləğv edilib.

Bu barədə Palatadan Oxu.Az-a bildirilib.

İclasda "Bank VTB (Azərbaycan)” ASC-nin "İçərişəhər”, "Həzi Aslanov”, "Əhmədli”, "Bakıxanov”, "28 May” və "Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb.

Filialların bağlanmasına əsas səbəb "Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Direktorlar Şurası "Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələrini rəhbər tutaraq adıçəkilən filialların icazələrini ləğv edib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!