Trampın əmək naziri namizədlikdən imtina etdi

2017-02-16 12:25:42 / 4306 dəfə oxunub

 "sabahinfo.Az" xəbər verir ki, Endryu namizəd göstərildiyi üçün Trampa təşəkkür edərək bu vəzifədən imtina edib. Pazderin imtinaya iş və şəxsi həyatına dair tənqidlər səbəb olub.

"Hardees" "Carls Jr" adlı restoranlar şəbəkəsinin rəhbəri olan Pazder yazılı açıqlama verərək əmək naziri namizədliyindən imtina etdiyini bildirib.

Açıqlamada Endryu Trampa təşəkkür edir və bildirir: " Ailəmlə bu təklifi diqqətlə dəyərləndirdik. Müzakirələrdən sonra əmək naziri namizədliyindən geri çəkilirəm".

Pazder minimum əmək haqqının artırılmasına qarşı çıxdığı üçün tənqid edilmişdi.  Endryu həm də qanunsuz işçi işlətməkdə və keçmiş arvadına qarşı sərt davranma məsələsində də tənqid hədəfi olmuşdu.

Qeyd edək ki, Maykl Flinin istefasından sonra bu Trampa dəyən ikinci zərbədir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!