Polad Bülbüloğlu “Sən supersən!”də azərbaycanlı iştirakçını dəstəklədi

2017-02-18 15:55:33 / 5506 dəfə oxunub

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin azərbaycanlı iştirakçısı Pərvanə Alcanovanı dəstəkləyib.

Bu barədə sabahinfo.Az Report-a istinadən xəbər verir.

Fevralın 18-də NTV telekanalı müsabiqənin seçim turlarının davamını göstərəcək. Seçim turlarında Rusiya və digər MDB ölkələrinin uşaq evlərindən, internat məktəblərindən olan, qəyyumluğa götürülmüş uşaqlar iştirak edirlər.

"Pərvanənin güclü səsi və şübhəsiz, istedadı var. Onun ana haqqında mahnını gözəl ifa etməsinə və bu müsabiqədə Azərbaycanı layiqincə təmsil etməsinə görə şadam”, - deyə P.Bülbüloğlu söyləyib.

Diplomat Alcanovaya uğurlar arzulayıb və həmyerlisi ilə fəxr etdiyini bildirib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!