Ulduzə Nəsir:"Mən Allahımla təmasda olanda hüzur tapıram"

2017-02-20 14:22:43 / 6117 dəfə oxunub
Salam əziz oxucular . Bu dəfə "SİMALAR" rubrikasının qonağı Sumqayıt Musiqili Dram Teatrının aktrısası,əməkdar artist,səmimi insan Ulduzə Nəsirdir.
Salam,Ulduzə xanım. Necəsiniz?
Salam,təşəkkür edirəm. Çox şükür yaxşıyam.
Ulduzə xanım bir qədər özünüz haqqında məlumat verin.
Mən,Ulduzə Nəsir Süleyman qızı 1956-cı il Kürdəmir rayonunda anadan olmuşam. Atam dəmiryolçu,anam isə evdar xanım olub.
Beləliklə ilk sualımız. Ulduzə Nəsir aktrisa kimi fəaliyyət göstərir. Sizcə aktrisa və aktyor nə deməkdir?
Bu mənim üçün bir kəlmə ilə ifadə oluna biləcək bir söz deyil. Hər bir peşənin sahibi Allahın qanunlarına sadiü olmalıdır.Aktrisa olmaq bu günkü zamanda əsl vətəndaş və ana olmaq deməkdir. Hər şeydən öncə Allahın qulu olmaq lazımdır
Sizə gənc istedadlar müraciət edəndə nə kimi reaksiya verirsiniz?
Mənə müraciət edən gənclər ciddi insanlardır. Və hər zamanda mən gənclərə dəstək olmuşam,onlara dəstəyəm.
Maraqlıdır siz özünüzü sənətdə ideal hesab edirsiniz?
Xeyr.
Niyə?
Açığı nə deyəcəyimi bilmirəm.
Özünüzü bu sənətərində təsdiq etmiş biri hesab edirsiniz?
Əlbəttə mən artıq öz sənətimdə yetərincə sözümü demişəm.Necə deyərlər mən bu sənətdə öz möhürümü vurmuşam.Çünki mən Heydər Əliyev fondunun ilk mükafatını almış bir insanam. Bundan böyük uğur nə ola bilər sizcə?Mən bu sənətdə çox işlər görmüşəm.
Bu zamana kimi hansı tamaşalarda oynamısınız?
Vallah oynadığım rollar çox olub. Bu günə kimi bir çox obrazlar oynamışam ki,həmin rollarımın çoxu Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.
Bəs Ulduzə xanım sənətdən kənar qala bilər?
Əsla. Sənət mənim ikinci ailəm,evimdir. Mən sənətsiz özümü təsəvvür edə bilmirəm.
Hansı obrazla böyük səhnəyə gəlmisiniz?
Maraqlı sualdır. Vallah rollun böyük kiçiyi olmur. Mənim oynadığım hər obraz mənəim böyük səhnəyə addımlarımdır. Cəfər Cabbarlı dramaturgiyası ilə böyük səhnəyə addım atmışam.
Hansı obrazları oynamaq istərdiniz?
Mən bu günə kimi bir çox dahilərin əsərlərində oynamaq istəmişəm.
Ulduzə Nəsir üçün səhnədə oynamaq asandır,yoxsa həyatda?
Mən həyatda heç bir zaman oynamamışam. Tərpənən canlıların içində haqqı söyləməkdə lal,haqqı eşitməkdə kar olanlardır.Mən hər yerdə haqqı deyirəm.
Həyatda nəyi bağışlamırsınız?
İlk növbədə yalan və xəyanəti. Daha sonra isə şeytan xislətli insanların riyakarlığını.
Həyatda aktyorluq edənlərə Ulduzə Nəsirin münasibəti?
Çox pis.Onlar Allahın yolundan çıxmış insanlardır.Aktyor əgər əsl aktyordan danışırıqsa o, Vətənini düşünən biri olmalıdır.
Təklikdə Ulduzə xanım Allahından nə istəyir?
Mən hər zaman Allahıma bağlı insan olmuşam. Ondan hər zaman cansağlığı istəmişəm,Vətənim üçün əmin-amanlıq istəmişəm. Mən Allahımla təmasda olanda hüzur tapıram.
Sənətkar və sənətdən kar nə deməkdir?
Sənətkar sənətkardır,sənətdan kar isə... Bunu izah etməyə ehtiyac yoxdur.
Bu gün sənəti sevməyib aktyor olanlarda var yox?
Əlbəttə.
Aldığınız maaşla necə dolanırsınız?
Çox şükür naşükürlük etmirəm. Bu günümədə şükür.
Bizə son sözünüz
Sizə bu işinizdə daima uğurlar arzu edirəm.

Ulduzə Nəsir:"Mən Allahımla təmasda olanda hüzur tapıram"
Ulduzə Nəsir:"Mən Allahımla təmasda olanda hüzur tapıram"


Aydın ULUSOY
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!