İlhamə Quliyevanın oğulluğu ilə bacısı arasında yas qalmaqalı

2017-02-21 16:11:44 / 3092 dəfə oxunub

"Orxan şou yaradır. Bizim Orxanın fevralın 24-də verəcəyi İlhamə Quliyevanın ildönümü mərasimindən xəbərimiz yoxdur. İlhamə xanımın ailəsi bizik, ili də fevralın 25-də "Təzəpir” məscidində olacaq”.

sabahinfo.Az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar xanım deyib.

O, İ.Quliyevanın oğulluğu Orxan Nadirovun fevralın 24-də il verməsi ilə bağlı xəbərə münasibət bildirib:

"İlhamə mənim bacımdır, ona ildönümü keçirmək mənim işimdir. Hamı, eləcə də İlhamə xanım sağlığında Orxanı oğul kimi qəbul etmədi. Əgər istəsəydi, onu rəsmi şəkildə oğlu kimi qəbul edərdi, amma etmədi, istəmədi. Orxan nə etmək istəyir? Konstitusiya qanunlarını dəyişdirəcək?

Orxan düzgün yolda deyil. İlhamə hörmətli, tanınmış, sevimli xanım olub. Bu hərəkəti ilə Orxan ona ancaq xələl gətirməyə çalışır. Əl çək də, kimə lazımdır sənin etdiklərin? Birinci gündən ona dedik ki, ailənin yanında ol. Amma Orxan mirasın tək varisi olmaq istədi. Bir ildir məhkəmələri gəzir. Axı tək varis ola bilməzsən... İlhamə Quliyeva Orxanı sağlığında istəmədi, ölən ana qədər də bu sözünü dedi”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!