Azərbaycan millisinin üzvü üzr istəmədiyinə görə komandadan qovulub

2017-02-21 12:09:51 / 3125 dəfə oxunub

Xəbər verdiyimiz kimi, millimizin üzvü Dəniz Yılmaz Türkiyənin "Bursaspor” komandasının əsas heyətindən uzaqlaşdırılıb. Futbolçu bir müddət aşağı yaş qrupları üzrə komanda ilə birgə hazırlıqlarını dava etdirəcək. 

sabahinfo.Az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bursa təmsilçisinin prezidenti Ali Ay futbolçumuzun və onun komanda yoldaşı Sərcan Yıldırımın əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib. 

Klub prezidenti Dəniz Yılmazın "Bursaspor” rəhbərliyindən və azarkeşlərindən üzr istəməsini tələb edib:

"Dəniz "Kayserispor”la matçda aldığı qırmızı vərəqəyə görə rəhbərlikdən, texniki heyətdən və azarkeşlərimizdən üzr istəməlidir. Ancaq o, bunu etmədi və buna görə də heyətdən kənarlaşdırıldı. Sərcan Yıldırımın məsələsi isə fərqlidir. O, bizim övladımızdır. Sərcana sahib çıxmaq istədik, amma çox tənbəldi”. 

Qeyd edək ki, Dəniz Yılmaz Super Liqanın son turunda "Kayserispor”la görüşdə rəqib futbolçunun ayağına zərbə vurduğu üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı. "Bursaspor” azlıqda qaldıqdan sonra qapısında 2 qol görmüşdü.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!