Azərbaycan sığorta qanunvericiliyinə dəyişikliklər edəcək

2017-02-24 11:42:36 / 4164 dəfə oxunub

Bu il Azərbaycanın sığorta qanunvericiliyində də dəyişikliklər olacaq.

sabahinfo.Az xəbər verir ki, bunu Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə həyata keçirilən "Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi”nin II fazasının təqdimatında Palatanın Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı deyib.

O qeyd edib ki, 2016-cı ildə əsasən bank sektorunun stabilləşdirilməsinə yönəlmişdilər:

"Bu il sığorta bazarında da əhəmiyyətli təşəbbüslərlə çıxış edəcəyik, qanunvericiliyə dəyişikliklər edəcəyik. Çünki sığorta bazarı da uzunmüddətli yığım və investisiya elementlərini özündə birləşdirir.

Bundan başqa, Azərbaycanda ödəniş sistemlərinin fəaliyyətini tənzimləyəcək qanun layihəsi üzərində də iş gedir. Bu layihə də ilkin olaraq hazırlanıb, bu il onu parlamentə təqdim etməyə çalışacağıq”, - deyə R.Aslanlı qeyd edib.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!