“Formula 1”: “McLaren” bu ilin bolidini təqdim etdi – FOTO

2017-02-24 16:41:29 / 2980 dəfə oxunub

"McLaren-Honda” komandası yeni avtomobili təqdim etdi.

sabahinfo.Az xəbər verir ki, yeni avtomobil MCL32 adını alıb, rəng ahənginə gəldikdə isə avtomobil qara-narıncı rənglərlə boyanıb. 

"McLaren” yalnız avtomobilin rəngini dəyişməyib, həm də 1960-cı illərin üslubunda rebrendinq aparıblar, bu həm idmançıların geyiminə, həm komandanın uniformasına, eləcə də boks və saytın tərtibatına aiddir. 

"McLaren-Honda” pilotları ispaniyalı Fernando Alonso və belçikalı Stoffel Vandorn olacaq. 

Texniki özəllikləri:

Şassi: karbon lifdən monokok 

Çəki: avtomobilin idmançı və boş çən ilə birgə 728 kq. 

Yanacaq-sürtgü materialları və texniki maye: Castrol

Əyləc sistemi: Supportlar və əsas silindr Akebono (brake-by-wire)

Şinlər: Pirelli P Zero

Təkər diskləri: Enkei

Mühərrik:

İş həcmi: 1,6 litr

Silindr sayı: 6

Qapaqların sayı: 24

Transmissiya

Sürətlər qutusu: səkkiz ön və bir arxa ötürücü

Sürtgü materialı: Castrol

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!