Ceyhun MƏHƏRRƏMOV:"Uşaq obrazını oynamaq çox çətindir."

2017-02-25 12:48:45 / 5643 dəfə oxunub
Səhnə açılır. Aktyor üçün ən böyük alqış tamaşaçı alqışıdır. Bu dəfədə "SİMALAR"-da  maraqlı bir insanla həmsöhbət oldum. Əslində onun yaratdığı obrazlar tamaşaçı tərəfindən sevilir seçilir. Beləliklə çox danışıb sizləri intizarda qoymaq istəmirəm. Həmsöhbətim H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının aktyoru Ceyhun Məhərrəmovdur.
Salam Ceyhun,necəsiniz?
-Təşəkkür edirəm siz yaxşı olun.
Özünüzü təqdim edin.
-Mən Ceyhun 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşam.Ali təhsilimi Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunda almışam. O ki qaldı işə ilk addımlarımı Şəki teatrında almışam daha sonra isə Sumqayıt teatrına gəlmişəm. Qeyd edim ki, mən Şəki teatrında görkəmli sənətkarlarla səhnəni paylaşmışam.Mən iki məktəb tanıyıram Şəki və Sumqayıt teatrlarını.
Sənət deyən zaman gözünüzün önünə nə gəlir ilk növbədə?
-Səhnə deyəndə ilk öncə gözlərim önünə nələr gəlir? (düşünür) Əlbəttə pərdə açılır,aktyor ifası,tamaşaçı alqışı.
Qorxmusunuzmu ki,nə zamansa tamaşaçı alqışından kənar qalarsınız?
-Əlbəttə qorxmuşam,çox qorxmuşam. Bilirsinizmi niyə? Aktyoru yaşadan tamaşaçı sevgisi və alqışıdır.Həmişə qorxmuşam ki,oynadığım obraz tamaşaçı tərəfindən bəyənilməsin.
Heç belə hallarla rastlaşmısınız?
-Çox şükür ki,yox.
Oynadığınız obrazlarınızın hansındasa Ceyhun Məhərrəmov özünü tapa bilibmi?
-Bəli tapmışam.
Hansı obrazla?
-Bir C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatı”tamaşasında Əhməd obrazı ilə özümü tapmışam.Digər isə Çingiz Aytmatovun əsəri əsasında hazırlanmış "Dənizkənarı ilə qaçan alabaş” pyesində isə uşaq yanğısını,həsrətini tamaşaçıya göstər bilmişəm.
O anlarda nə hisslər keçirmisiniz?
-İnanın ki o tamaşalarda oynadığım zaman uşaqlığımda keçirdiyim çətin günlər gözlər gönümün önünə gəlib.Mən qeyd edim ki uşaq obrazını oynamaq çox çətindir.
Yəni uşaq obrazını oynamaq sizə asandır?
-Asan olsa belə asandanda çətin. Əgər mən hər hansısa bir obrazı oynayıramsa mən bunu yaşamalıyam.Bilirsinizmi mən imza atdığım rol nədir? 42 yaşında bir aktyor 9 yaşında hansısa bir qəhrəmanı səhnədə canlandırır.Və qeyd edim ki,belə rolları oynamaq hər aktyora nəsib olmur.
Filmlərdən necə dəvət alırsınızmı?
-Əlbəttə dəvət alıram. Bir neçə filmdə belə rol almışam.
Seriallara nə əcəb çəkilmirsiniz?
-Düzü seriallardan bir az qaçıram.
Niyə?Olmaya qonarardan narazısınız?
-Yox niyə ki? Sadəcə olaraq serial aktyorun daxilini aça bilmir.
Bunda günahkar rejissordur,yoxsa senarist?
-Sadəcə zamanə.
Arzu etdiyiniz obraz olubmu oynayasınız?
-Bəli. Cəfər Cabbarli pyeslərinə müraciət etmək baş obraz oynamaq arzusunda olmuşam.
Şəki teatrında isə bir çox tamaşalarda baş obrazlarda oynamışam.
Sənətinizin davamçısı necə varmı?
-İnanın ki yox.
Ceyhun geriyə boylandığınız zaman nəyi itirdiyinizə heyfslənirsiniz?
-Vallah hər yaş ötəndə heyfslənir insan.
Nə qazanmaq istərdiniz?
-Ceyhun Mirzəyev kimi yadda qalmaq istərdim.
Xoşbəxtsiniz?
-Əlbəttə. Ailəmdədə sənətimdədə çox xoşbəxtəm.
Xanımınız necə sizi bu sənətə qısqanırmı?
-Yox qətiyyən qısqanmır. Əksinə tamaşalarım olanda özü gəlib izləyir.
Bu gün necə professional rejissorlar var?
-Azdır amma onlardan biridə Firudin Məhərrəmovdur.
Sənətinizi sevirsiniz,bəs qazanc necə sizi qane edirmi?
-Bilirsən Aydın,sən hər zaman elə yerdən sual verirsən ki,adam çaş-baş qalır.(gülür) Amma yenə deyim ki,mən bu sənətə gələndə maaşı və qazancı düşünməmişəm.Bu sənəti sevib gəlmişəm.
Nəylə yadda qalmaq istərdiniz?
-Elə bir obrazla yadda qalmaq istərdim ki,bu hansısa bir film olsun. Serialla aktyor yadda qalmır. Serial sadəcə gündəlik həyatı əks etdirən bir biznesdir.
Özünüzə nə arzu edirsiniz?
-Həyatda insan özünə nə arzu edə bilər? Cansağlığı.
Bizə arzunuz.
-Media olaraq hər zaman biz sənət adamlarını diqqətdən kənarda qoymursunuz. Buna görə minnətdaram. Daha sonra isə hər birinizə qələminizin kəsərli olmasını diləyirəm,

Aydın ULUSOY
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!