Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər – SİYAHI

2017-02-27 15:27:09 / 3270 dəfə oxunub

Cəbhə xəttində gərgin anların yaşandığı bir vaxtda şou-biznesimizin tanınmışları arasında maraqlı sorğu keçirilib.

İllər ərzində yaradıcılıqları ilə Azərbaycan musiqisinə xidmət edən müğənnilər, görəsən, hərbi xidmətlərini də yerinə yetiriblərmi? Hansı məşhurlar, hansı səbəblərlə hərbi xidmətdə iştirak etməyiblər?

sabahinfo.Az Metbuat.az-a istinadla təqdim edir:

Bunlardan biri ölkəmizi "Eurovision - 2011” beynəlxalq mahnı müsabiqəsində təmsil edən və qalib olan Eldar Qasımovdur.

Xalq artisti Faiq Ağayev isə səhhətində olan problemlər ucbatından əsgər gedə bilməyənlər sirasındadır.

Müxtəlif konsert proqramları ilə əsgərlərin qarşısında çıxış edən İzzət Bağırovun adı da bu siyahıdadır. Müğənni əsəblərinin gərgin olması səbəbi ilə əsgərliyə getmədiyini açıqlayıb.

Prodüser Tolik isə vaxtilə çox arıq olduğu və lazım olan çəkidə olmadığı üçün əsgərlikdə olmayıb.

Elnur Məmmədovun da adı həmkarları ilə eyni sıradadır.

Əməkdar artist Abbas Bağırov isə əsgərlikdə olmadığını və səbəbini açıqlamaq istəmədiyini söyləyib.

Zamiq Hüseynov isə hərbi xidmətə yararsız olduğunu vurğulayıb.

Müğənni Yaşar Cəlilov da əsgərlikdə olmayanlardandır.

Xalq artisti Mənsum İbrahimov da səhhəti ilə bağlı olaraq hərbi xidmətini başa vurmayıb.


Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!