Ramosdan Pikeyə sərt cavab

2017-02-27 16:50:19 / 3415 dəfə oxunub

"Real Madrid"in kapitanı Serxio Ramos "Villarreal"la oyundan sonra (3:2) Jerar Pikenin fikirlərinə münasibət bildirib. sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, Ramos katalon futbolçunun "Real"a hakim köməyinin olması barədə iddiası barədə bunları deyib:

"Messi hakimlikdən danışsaydı, təəccüblənərdim. Amma bilirik, Pikenin aləmində hər kəs ona qarşıdır. Hakimlərin işi çətindir, onlara kömək etməliyik. Bizim qələbəmizə hər şeydən əvvəl psixoloji hazırlıq imkan verdi. Rəqiblər bizi ciddi təqib edirlər. Çempionluğun taleyinə son turda aydınlıq gələcək. Komandalar arasındakı fərq getdikcə itməkdədir".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!