Xocalı soyqırımının Fransada tanınması üçün səs ver!

2017-02-28 17:44:03 / 6213 dəfə oxunub

1992-ci ildə törədilmiş XX əsrin ən dəhşətli cinayəti - Xocalı hadisələrinin soyqırımı kimi tanınması üçün Fransada petisiya açılıb.

sabahinfo.az saytının məlumatına görə, bununla əlaqədar dünya azərbaycanlılarına ünvanlanan müraciətdə petisiyaya səsə verməyə çağırılıb.


Petisiyaya qoşulmaq çox sadədir.

Bunun üçün aşağıdakı linkə daxil olmaq, sonra isə ad, soyad, email adresi yazmaq lazımdır. Bununla siz Xocalı soyqırımının Fransada tanınmasına dəstək olursunuz. Dəstəyinizi əsirgəməyin:



İki gün öncə - fevralın 26-da Xocalı soyqrımının 25-ci ildönümü oldu. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!