Hökumət bu dövlət qurumuna 316 milyon manat ayırıb

2017-03-02 12:13:57 / 3302 dəfə oxunub

"2016-cı ildə iqtisadiyyatın zəifləməsi və davamlı geriləmə Azərbaycan İpoteka Fondu ASC-yə (İMF) mənfi təsir göstərib”. 

sabahinfo.Az-ın məlumatına görə, APA xəbər verir ki, bu barədə "Fitch” beynəlxalq reytinq agentliyinin fond barədə yaydığı məlumatda qeyd olunub.

Agentliyin mütəxəssisləri hesab edir ki, neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyası, bank sektorunun zəifləməsi AİF-in fəaliyyətinə təsir edib. "Hökumətin makromühitdəki dəyişikliklərə cavab siyasəti hələ də davam edir, bu isə orta müddətdə AİF-ə təsirini göstərəcək. 

AİF təsis edildiyi gündən hər il hökumətdən maliyyə dəstəyi alır. 2016-cı ilin sonuna ümumi maliyyələşmənin həcmi 316 milyon manat təşkil edib. 

Eyni zamanda, hökumət 2017-ci ildə fonda əlavə olaraq 50 milyon manat həcmində kapital ayrılmasını təsdiq edib. 

Proqnozlarımıza əsasən, əlavə kapitalın ayrılması və 200 milyon manatlıq istiqraz buraxılışından sonra AİF-in ipoteka portfeli bu il 30-40% böyüyəcək”, - deyə məlumatda qeyd olunub.

Buna baxmayaraq, agentliyin ekspertləri düşünür ki, AİF-in 2016-cı ildən vergi ödəyicisinə çevrilməsi onun kapitalının gəlirliliyini 1,65%-ə endirə bilər, halbuki bu göstərici 2014-2016-cı illərdə 1,97% təşkil edib.  

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!