“Oskar”ın səhv verilməsində günahı olan şəxslər işdən çıxarılacaq

2017-03-02 10:17:34 / 3621 dəfə oxunub

"Oskar - 2017” mükafatının təqdimetmə mərasiminin sonunda "Ən yaxşı film” nominasiyasında qalibin səhv elan edilməsinə görə məsuliyyət daşıyan şəxslər işdən çıxarılacaq.

sabahinfo.Az Report-a istinadla xəbər verir ki, bu bəyanatla Amerika Kino Akademiyasının prezidenti Şeril Bun Ayzeks çıxış edib.

"Ən yaxşı film” nominasiyasında "Oskar” mükafatını qalib filmə səhv verməyə görə məsuliyyət daşıyan səsvermə qrupunun əməkdaşları daha burada işləməyəcəklər”, - deyə o bildirib.

Qəribə hadisə bazar günü keçirilən 89-cu təqdimetmə mərasimində baş verib. "Ən yaxşı film” nominasiyasında qalib elan edilən zaman Uorren Bitti "La-la Lend” ekran əsərinin adını çəkib. Filmin çəkiliş qrupu səhnəyə çıxdıqda isə məlum olub ki, əslində qalib "Ay işığı”dır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!