İspaniyada problem yaşayan legioneri Azərbaycana göndərirlər

2017-03-02 13:53:50 / 4091 dəfə oxunub

FİFA Ukrayna milli komandasının futbolçusu Roman Zozulyaya müsbət cavab verib.

sabahinfo.Az sportnet.az-a istinadla bildirir ki, İspaniyanın məşhur "Marka" nəşri təcrübəli hücumçuya cari mövsümdə 4-cü dəfə klub dəyişməsinə icazə verildiyini xəbər verib.
 
Hərçənd, FİFA-nın qaydalarına görə istənilən futbolçu bir mövsümdə maksimum 3 klubda oynaya bilər. Ancaq dünya ali futbol qurumu Zozulyanın məsələsini araşdırdıqdan sonra ona güzəştə gedib.
 
Sadəcə, futbolçunun 2017-ci ildə start götürən çempionatlarda oynaya biləcəyi göstərilib. Bunlar arasında Çin, Qazaxıstan, Skandinaviya ölkələri ilə yanaşı, Azərbaycanın adı qeydə olunub. Ancaq məlum olduğu kimi, ölkəmizdə sistem "yaz-payız" yox, "payız-yaz"dır və bu il mövsümün ikinci yarısının startı verilib.
 
Cari mövsümdə hələ meydana çıxmaq şansı saxlayan Roman ötən yay "Dnepr"dən azad agent statusu alandan sonra İspaniyaya yollanıb. Hücumçu "Betis"lə 3 ilik müqavilə imzalasa da, orada möhkəmlənə bilməyib. Nəticədə Zozulya "Rayo Valekano"ya icarəyə verilib. Ancaq Roman Madrid təmsilçisində azarkeşlərin onu milliyyətçilikdə günahlandırmasına görə debüt edə bilməyib.
 
Sonradan məlum olub ki, "Rayo Valekano"nun azarkeşləri Şərqi Ukrayna münaqişəsində Rusiyanın tərəfini saxlayır. Roman həm özünün, həm də ailəsinin təhlükəsizliyindən narahat olaraq Madridə qayıtmaqdan imtina edib ki, bu da onu cari mövsümün sonunadək oyun praktikasız qoyub.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!