Alman azarkeşlər Bakıda futbol oynayacaqlar

2017-03-03 12:14:02 / 3224 dəfə oxunub

Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçını izləməyə gələcək Almaniya yığmasının azarkeşləri də futbol oynayacaqlar.

sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, Almaniya Futbol İttifaqının rəsmi saytı görüşü Bundestimin fan-klubu təşkil edəcəyini yazıb.

Onlar martın 26-da gündüz saatlarında "Bayıl Arena"da bir-biriləri ilə üz-üzə gələcəklər.

Fan-klub oyunda iştirak etmək istəyənlərdən xüsusi anketi doldurmalarını xahiş edib.

Azərbaycan - Almaniya matçı isə həmin gün saat 20:00-da başlanacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qeyd edək ki, Almaniyadan Azərbaycana 800-dək azarkeş gələcək. Biletlər Federasiya tərəfindən alınıb.

Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!