Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq

2017-03-03 16:34:26 / 3794 dəfə oxunub

2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq. 

sabahinfo.Az xəbər verir ki, bu barədə Report-a 25 yaşlı idmançının özü məlumat verib.

T.Əsgərov bildirib ki, əməliyyat bir həftə sonraya planlaşdırılıb: 

"Boynumda yırtıq var. Bir neçə gündən sonra əməliyyat olunmaq üçün Almaniyaya getməliyəm. Bu zədə ilə futbol oynamaq olar, amma güləşmək mümkün deyil. Çünki əzilir, dartılır”.

Qeyd edək ki, Toğrul Əsgərov zədə üzündən mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmayacaq. 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!