Aydın ULUSOY:Mənə Həyatımı Qaytar

2017-03-07 15:13:36 / 5643 dəfə oxunub
Diqqət əsər real faktlar üzərində qələmə alınıb

ÖTƏN HİSSƏDƏN QISA:

Gecə saat 12 yə işləyirdi. Zeynəb xala qapının döyültüsünə qapıya yaxınlaşıb qapını açdı. Kandarda nəvəsi Aylini görüb təəccüb etdi. Salamlaşdılar, onu içəri dəvət edib qapını bağladı. Onunla qonaq otağına keçib:
-Bu gecə vaxtı xeyir ola Aylin?-deyə ondan gəlişinin səbəbini soruşmuşdu ki, nəvəsi Nicatın içəri girib sərt baxışlarla Aylinə baxdığını görüb heç nə anlamadı.
Nicat isə Aylinə yaxınlaşıb üzünü nənəsi Zeynəb xalaya tutaraq dedi:
-Nənə, bu fahişə nə üzlə bu evə gəlib?
Zeynəb xala nəvəsi Nicatın sözlərindən dəhşətə gəlib bir ona,bir də Aylinə baxdı. Nəvəsi Nicatın sözlərindən dəhşətə gəlmişdi.
Nicat isə Aylinə baxıb üstünə qışqırmaq,üzünə tüpürmək istəyirdi. Aylin isə heç bir söz deməyib başını aşağı salmşdı.Zeynəb xala isə nəvəsi Nicatın nədən belə danışdığını anlamırdı.O üzdəndə Aylinə baxdı:
-Nicat bununla sən nə demək istəyirdi?
Susub başını aşağı salmışdı. Aylin nə deyəcəyini bilmirdi. Nicat isə onun susduğunu görüb:
-Görürsən nənə.-dedi:-Bu fahişədir,nəslimizin ləkəsidir.
-Yox.-deyə Aylin başını qaldırmadan astaca dilləndi.
-Nə yox,sən nə üzlə özünü müdafiə etməyə çalışırsan?
Zeynəb xala heç nə anlamayıb divana çökdü. Əli ilə başını tutub dərindən bir ah çəkdi. Aylinin isə çarəsi yox idi. Başını qaldırıb onlara baxmaq özünü müdafiə etmək iqtidarında belə deyildi.

NÖVBƏTİ HİSSƏ
Təranə isə bacısı Aylini evdən uzaqlaşdırdığına sevinirdi. Artıq yolu açılmışdı, o hər nə istəsə edə bilərdi. Hakimiyyət indi onun əlində idi və atası Mətləb kişidə onun ümidinə qalmışdı. Bu arada divanda outran Təranə qapının səsinə ayağa durub qapıa yaxınlaşdı. Qapını açıb kandarda Eldarı gördüyü zaman onu içəri dəvət edib qapını bağladı. Birlikdə qonaq otağına keçib üz-üzə oturdular. Eldar ətrafa göz gəzdirib:
-Qoca hanı?-deyə soruşdu.
-Yatır.
-Bəs Aylin hanı?
-Səncə?
-Nə bilim,kim bilir harada veyllənir.
-Mən onu göndərdim,özü də ömürlük. Gördün Eldar, sənə demişdim mən tutuğumu edirəm.
Eldar heç bir söz deməyib Təranəyə baxdı. Təranənin nə qədər təhlükəli olduğunu artıq anlamışdı.
***
Aylin isə susurdu. Zeynəb xala Nicata baxıb danışmağa söz tapmırdı. Nicat isə:
-Hə nənə.-dedi:-Görürsən sənin bu nəvən…
-Bəsdir.-deyə Zeynəb xala onun sözünü kəsdi: -Sən nə danışdığını bilmirsən. Utanmırsan əminqızı haqda pis söz danışırsan.
-Nənə, bu bir həqiqətdir. Sənin ən çox sevdiyin nəvən Aylin fahişədir.
-Yox!-deyə Zeynəb xala səsini qaldırdı. Üzünü Aylinə tutub sözünə davam etdi:-Aylin,qızım de ki bütün bunlar yalandır.
Aylin susurdu,özünü müdafiə belə etmirdi. Zeynəb xala isə gözlərini ona dikib onun dodağından qopacq sözü gözləyirdi. O,nəvəsinə atılan böhtanlara inanmaq istəmirdi. Nicat isə hər bir şeyə əmin idi. O, bilirdi ki...
Araya sükut çökməsinə baxmayaraq Aylindən cavab gözləyirdi Zeynəb xala. Artıq səbr kasası daşırdı. Nicat isə divanda oturub onların hərəkətlərinə göz qoyurdu.Nəhayət bir qədər sonra Zeynəb xala:
-Sən sualıma cavab verəcəksən, ya yox?-deyə Aylini silkələdi.
-Nənə sən nəyi bilmək istəyirsən hə?
-Hər şeyi. Deyilənlər doğrudur?
Yenə susdu Aylin,deməyə çətinlik çəkirdi. Nicat isə:
-Görürsən nənə.-dedi: Onun susması hər bir şeyi sübut edir.
Aylin ona nifrət dolu baxışlarla baxaraq:
-Ay səni əclaf.-deyə üstünə şığıyüb şillə vurmaq istəyirdi ki,Zeynəb xala onun əlini saxladı.
-Dayan,mənim yetimimə heç kəs əl qaldıra bilməz.
-Bəs mən nəyəm nənə hə? Məgər mən yetim deyiləm? Sən də deyəsən olanları görmürsən.
-Mən hər şeyi yaxşı görürəm. Sən isə mənim sualıma cavab vermirsən.
-Sən nəyi bilmək istəyirsən hə? Mənim fahişə olub olmadığımı? Nənə əgər birdən belə olsaydı sən nə edərdin?
-Səni özüm öldürərdim. Sən mənim ismətli qızımsan Aylinim. Axı sən mənə anan Gülbənizi yadigarısan. Sən mənim mələk kimi saf, təmiz, ləkəsiz bir qızımsan.
Zeynəb xalanın Aylinin ox kimi saplanırdı. Qəhər onu boğurdu, danışmaq nə isə demək istəyirdi,amma cümlələr boğazınnda düyünlənirdi. Odur ki, Zeynəb xalanın əlindən öpdü və onun əlinə iki damla yaş düşdü. Çantasını əlinə alıb qonaq otağından çıxmaq istədiyi zaman:
-Nənə.-dedi:-Sən, mənim əzizimsən,amma bil ki hər şey sən eşitdiyin kimi deyil. Sənin yaddaşında necə varamsa elə də qalım. Mən səni çox lap çox istəyirəm.
-Bəs hara gedirsən? Atanın evinə?
-Nənə, onu əmim evdən qovub.-deyə Nicat qəti tərzdə bildirdi.
Aylin Nicata baxdı. Ona yaxınlaşıb:
-Sənə acıyıram yazıq.-dedi:-Görürəm bacım Təranə sənin beynini yuyub. Nə deyim vallah sənə deməyə söz tapmıram.
-Axı nə deyə bilərsən Aylin? Olanlar göz qabağındadır,sən nənəmə heç nə deməmiş olrsan. Lakin gəl razılaş Aylin sən fahişəsən. Öz bədənini pula satan fahişə.
-Qoy sən düşündüyün kimi olsun.
-Maraqlıdır, bəs mənimlə bir gecəyə nə qədər alarsan?
Nicatın bu sözləri Zeynəb xalanı özündən çıxartdı.
Aylin Nicata baxdı. Nicat isə Aylinə baxıb xəfifcə gülümsəyirdi. Zeynəb xala nə edəcəyini bilmirdi. Çıxılmaz vəziyyətdə qalmışdı.Sadəcə Nicata acıqlanmaq istəyirdi ki,Aylin dilləndi:
-Əslində sən haqlısan Nicat,mən sənin fikrincə fahişə ola bilərəm. Amma bir şeyi unutma heç kəs bu həyatda sığortalanmayıb.
Onun sözlərinə biganə qala bilməyən Zeynəb xala elə ağzını açmaq istəyirdi ki, Aylin onun nə deyəcəyini gözləməyib evi tərk etdi. Artıq bütünlüklə tərk edildiyini anlamışdı.
ardı var
əsər haqda fikirləriniz önəmlidir


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!