Tramp kürəkəninə yeni vəzifə verəcək

2017-03-27 12:51:09 / 1120 dəfə oxunub
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ evdə geniş səlahiyyətlərə malik yeni bölmənin açılışını elan etmək niyyətindədir. Bu bölməyə onun baş müşaviri və kürəkəni Cared Kuşner rəhbərlik edəcək.

Bu barədə "Washington Post” nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, Amerika İnnovasiya İdarəsi Ağ evin qərb hissəsində bölmə kimi fəaliyyət göstərəcək və birbaşa Donald Trampa tabe olacaq. İdarənin funksiyaları sırasına federal bürokratik sistemin işinə və Trampın seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməsinə nəzarət daxildir. Nəşr bu vədlərin sırasında veteranlara qayğı və narkomaniya ilə mübarizəni vurğulayıb.

İdarənin heyəti sabiq kommersiya rəhbərlərindən ibarət olacaq.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws