Afət: "Keçmiş həyat yoldaşı ilə yazışmalarım var, ailəsini mən dağıtmamışam"

2017-03-28 19:19:32 / 2649 dəfə oxunub

Müğənni Afət Fərmanqızı şəxsi həyatı haqda danışıb.

Sabahinfo.az xəbər verir ki,sia-ya açıqlama verən ifaçı sevgi münasibəti yaşadığı həmkarı Seyran barədə bunları deyib:

"Şəxsi həyatım haqda sonuncu dəfə açıqlama verirəm. Heç kimdən gizlətmirəm. Seyranla bir-birimizi tanımağa çalışırıq. Evliliyə doğru addımlamaq istəyirik. Hər gün bir yerdəyik. Birgə vaxt keçirərək, bir-birimizi tanıyırıq və yaradıcılığımızla bağlı işlərimizi reallaşdırırıq. Seyran məndən 7 yaş kiçik ola bilər. Amma oğlum yaşda deyil. Qaldı ki, Seyranın birinci ailəsindən ayrılmaq məsələsinə, mən günahkar deyiləm. Seyrandan bir müddət öncə ayrıldım ki, ailəsinə qayıtsın. O, isə məni seçdi. Seyran ailəsi ilə 2016-cı ildən ayrı yaşayır. Hətta bu haqda onun keçmiş xanımı ilə yazışmalarım var. Mən Seyranın həyatında 2017-ci ildən varam. Əgər Seyranla xasiyyətlərimiz uyğunlaşsa, evlənəcəyik. Amma onunla yola getməsəm, ayrılacam. Bu mənim həyatımdır, özüm bilərəm. Bəziləri kimi heç nəyi gizlətmirəm".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!