""Bavariya" Avropada sonuncu klubumdur"

2017-03-28 15:52:17 / 3759 dəfə oxunub

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi karyerasını başa vurandan sonra məşqçi kimi çalışmaq istədiyini bildirib.

Sabahinfo.az goal.az-a istinadən xəbər verir ki,fransalı havbek "Bavariya"nın Avropada son klubu olduğunu bildirib.

"Əvvəllər başqa kluba keçmək barədə fikirləşmişəm. 2008, 2009-cu illərdə bütün böyük klublar məni istəyirdi. "Yuventus", "İnter", "Milan", "Barselona", "Real", "Çelsi", "Mançester Yunayted" və başqaları. Hamısına rədd cavabı verdim. Həmişə demişəm, "Bavariya" Avropada sonuncu klubumdur. Səhhətim imkan verənə qədər oynayacam. Ciddi zədəm olmasa, daha 2-3 il yaxşı futbol göstərə bilərəm. Artıq 10 ildir Münhendəyəm. Ailəm burda özümü komfort hiss edir. Karyeramı başa vurandan sonra "Bayer"də məşqçiliyə başlamaq imkanım olacaq. Aşağı yaş qruplarında çalışacam".


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!