Atatürkün Azərbaycanla sərhəd olmaq üçün pulla aldığı torpaq - FOTO

2017-03-29 14:53:44 / 1156 dəfə oxunub

Məlumdur ki, Azərbaycanın quruda ən qısa sərhədi Türkiyə ilə olan hissədir. Sadəcə, 15 kilometrdən ibarət, Türkiyə ilə Azərbaycanı bir-birinə qonşu edən həmin sərhədin yaradıcısı isə Mustafa Kamal Atatürkdür.

Sabahinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin dövrdə Naxçıvanın Türkiyə ilə birbaşa sərhədi olmayıb. Azərbaycanla Türkiyə arasında şimaldan Ermənistan SSR, cənubdan isə İran yerləşirdi. Atatürk İran və Ermənistanla dəyişkən və həssas münasibətləri nəzərə alaraq Azərbaycanla birbaşa sərhədin vacibliyinə inanır. Türkiyənin ilk prezidenti həm Naxçıvanın təhlükəsizliyi, həm Türkiyənin Orta Asiyada yaşayan türk xalqaları ilə əlaqələrin qorunması üçün Naxçıvanla fiziki sərhəd yaratmaq qərarına gəlir.

Mustafa Kamal Atatürk dəqiq bilinməyən bir məbləğ ödəyərək xəritədə görünən ərazini İrandan alır.

90-cı illərin əvvəlində SSR-in dağılmasının ardından Azərbaycan və Ermənistanda arasında başlayan müharibədə erməni əsgərlər Qarabağla birlikdə Naxçıvana da hücum edir. Naxçıvanlılar üçün həmin sərhədin vacibliyi o dövrdə ortaya çıxır. Azərbaycanla birbaşa sərhədi olmadığı üçün silah-sursat əldə etməkdə çətinlik çəkən naxçıvanlılar həmin sərhəd vasitəsilə Türkiyədən humanitar və hərbi yardımlar əldə edərək öz torpaqlarını qoruya bilir.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws