Ərəb şeyxləri Sarkisyanı devirmək üçün milyardlar ayırır

2017-03-29 15:02:18 / 1253 dəfə oxunub

"Biz qazanacağıq, həmkarlarım beş ildir zəng edirlər, deyirlər ki, Ermənistana 15 milyard investisiya qoymağa hazırıq"AzVision.az xəbər verir ki, bunu dünən İrəvanın İdman-Konsert Kompleksində tərəfdarları qarşısında çıxışı zamanı Qaqik Tsarukyan deyib.

"Jamanak" qəzetinin məlumatına görə, Tsarukyana bu pulları Dubay və Qətər şeyxləri vəd edib. Bununla yanaşı, onun şeyxlərlə dostluq əlaqələri və həmin ölkələrdə çoxmilyonluq bizneslərinin olduğu deyilir.

Qəzet, sonda bu şəxslərin adi zənginlər olmadığını, həmin ölkələrin yüksək səviyyəli milyarder rəsmiləri olduğunu xatırladıb.

Xatırladaq ki, ötən günlərdə Sarkisyan BƏƏ-ə səfər edərək oradan investisiyalar cəlb etməyə çalışmışdı. Görünür ərəb şeyxləri müxalif "Tsarukyan" ittifaqına daha çox investisiya qoymağa can atır, nəinki Sarkisyan hakimiyyətinə.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws